İngilislər müsəlman olsa idi - Xanəmir Telmanoğlu yazır

Hit: 540
İngilislər müsəlman olsa idi - Xanəmir Telmanoğlu yazır
 
Qoca tarixin at işləməz, eşşəklər yerimizə yollarında sirlər, gizlinlər var oğlu vardır. Hər hansı hadisənin üzərindən əsrlər keçdikdən sonra, gerçəklər üzə çıxır. Yaxut insanlığa başqa şəkildə təqdim edilmiş bir olay, illər sonra ağılagəlməz biçimdə gözləri bərəldir, heyrətləri pik nöqütəsinə çatdırır. Sonradan anlaşlır ki, bəli, bizim gəldiyimiz bu dünya, bir o qədər də bildiyim kimi sadəlöhv və ya sadəlövh olaylarla dünya olmayıb. Onun da öz iştəkləri, öz prinsipləri, öz yalotuluğu var. 
İndi - indi məlum olur ki, İngiltərtə dövləti, xalqı, toplumu 1209-cu ildə müsəlman ola bilərmiş.  Çünki, bu ildə məhşur Şir Ürəkli Riçardın qardaşı İngiltərə kralı I Con müsəlman olmaq istəyir və o  illərdə kral sıfitıyli Mərkeş sultanının yanına gedib bu istəyini ona bildirir. Onun Mərakeş sultanına  dediyi sözlər tarixə elə bu şəkildə də keçib:  “Mən müsəlman olmaq istəyirəm və İngiltərəni müsəlman edəcəm.           
 
“Mərakeş Sultanı isə ona cavabında deyir ki, mən heç vaxt dövləti və milləti ilə müsəlman olmağa gələn bir adam görmədim. Sən oturduğun yerdə oturub öz dininə qulluq et.” Demək,  13-cü əsrin ilk başlanğıcında İngiltərə istəsəydi bu gün müsəlman olardı. Əgər Mərakeş sultanı Conun təklifini olumlu şəkildə qəbul etsəydi, bu gün bilmək olmaz, dünyanın xəritəsi də, mədəniyəti də, siyasi gedişatı da indikindən tamami ilə fərqli olacağından əminəm. Onu da qeyd edim, Birinci Con o Condur ki, məhşur “Maqna Karta”nı yazan bir müəllif kimi Avropa və dünya tarixinə düşmüş şəxsiyyətdir. 
Tarixdə çox bilinməyən,  ancaq indiyə kimi elə geniş yayılmamış ikinci bir hadisə,  1219-cu ildə yenə ingilis kralı Frensis Assisi müsəlmanların yanına gedərək  “Gəlin, xristian olun, birlikdə bütün dünya üzərində suverenliyimizi quraq” ,- deməsidir. Onun bu təklifinə belə bir cavab verilmişdir:  : “Buyur, ustad, gedə bilərsən”. Frensis Assisi müsəlmanlara rəsmi olaraq xristian olmağı təklif edən ilk şəxs idi.
 
Əslində məsələ nədən ibarətdir. Bu verdiyim örnəklər, tarixin müəyyən bir dönəmində olub bitmiş olaylardır. Birində müsəlmanlara gedib öz dövlətiylə müsəlman olmağı təklif edən biri, digəri isə az sonra yenə müsəlmanlara müraciət edib onların xristian olmalarını təklif edən bir tarixi gerçəklik. 
 
O dövrün siaysi mühiti həm Avropada, həm Şərqdə məlum idi.  Səlib, xaçlı yürüşləri də baş alıb getmiş, törətdiyi fəlakət və fəsdadların boyutları da misilsiz idi. Mən bu uzun - uzadı tarixləmlərə girmək istəmirəm. Məni maraqlandıran odur ki, əgər o zaman müsəlmanlar İngiltərənin müsəlman olmağını qəbul etysəydilər, indiki dünyanın mənzərəsi necə olacaqdı? (Əgər o dönəmin dünyasının Şərqində və Qərbindəki dövlətlərin siyasi oyunlarından danışsam, vaxt itgisi olardı: -x.t.) Yaxut bizim bir müsəlman kimi bu coğrafiyalarda kimliyimiz, mədəniyyətimiz, tariximiz, gəldiyimiz nöqtə nə olacaqdı. Yaxut da müsəlman olaraq xristianlığı qəbul etmiş olsaydıq, inidki durumumuz hər anlamda mövcud mənzərədən nə ilə fərqlənəcəkdi? 
Bu faktlar və tarixi olay qarşısında mənim deyəcəklərim bunlardır: 
 
Yaxşı ki ingilislər müsəlman olmayıblar. Yoxsa bədbəxt olub getmişdik. İngilislər müsəlmanları öz ingilisliyində əridib yox edəcəkdilər. (Ola bilsin ki, əksini düşünənlər də var. Mən sadəcə nələrinsə dəyişə bilirliyinə inanamıram:-x.t.)
 
İngiltərə müsəlanlığı qəbul etsəydi, islam bir tərəfdə qalacaqdı, indikindən də betər şəkildə  (demirəm ki, bizdə dini müstəvidə durum mükəmməldir:-x.t.) müsəlman dünyasının başında İngiltərə olacaqdı. Vahit bir islam dövləti olacaqdı. Ancaq bu vahid islam dövləti İngiltərə xaric, hamısı kölə, zəlil vəziyyətdə yaşayacaqdı. 
Yaxşı ki o dönəmdə müsəlmanlar islamı qəbul etməyiblər. Bəs etsəydilər bu günükü halları, durumları necə olacaqdı? Digər xristian ölkələri bu gün hansı vəziyyətdə, hansı səviyyədə yaşayırsa, biz də o səviyyənin bir parçasından başqa nə ola bilərdik ki? Ola bilsin ki, müsəlmanlar xristianlığı qəbul etsəydilər, o zaman xristianlar bu günkü kimi savaşmağa müsəlman tapmayacaqları üçün, sonradan xristian olan bizləri hədəf seçəcəkdilər. Yəni savaşa, qırğına hər zaman bəhanə vardır Avropa insanı üçün. Avropa insanı üçün din öndə deyil və din heç önəmli deyil. Əsas məqsəd siyasi amacdır, iktidar hərislyi, kapital görməmişliyidir.  Din bu yerdə siaysi və ideoloji yemdən başqa heç bir işə yaramazdı. Baxın, bu gün xristianın xristianı, müsəlmanın müsəlmanı qırdığı, yox etməyə çalışdığı bir dünyada yaşayırıq. Bunu deməkdə məqsədim odur ki, əslində dünyada insanlığın alt şüurunda dini mənsubiyyət, dini təəssübkeşlik deyilən bir qığılcım olsaydı, bu qədər tökülən qanların şahidnə çevrilməzdik. Sadəcə, din anlayışı ən uzaq başı siyasi-ideoloji amac uğrunda hər zaman bəlli kəsimlər tərəfindən geninə-boluna sui-istifafə olunub.  Bu o demək deyil ki, din olduğu kimi dərk olunmayıb, anlaşılmayıb. Məncə, iqtidar, söz sahibi insanlar tarixin əksər dönəmlərində dinin verdiyi gerçək məsajdan daha çox, dini bürüncək edərək öz şəxsi ambisiya və iktidarlarına kölə olmaq naminə yetərli qədər istifadə edə biliblər. Fikrimi başqa bir arqumentlə davam etdirmək istəyirəm: mənə görə, türklər islamı qəbul etməsəydilər belə, yenə də İstanbulu tutacaq, fəth edəcəkdilər. Bütün bunlar o düşüncəni formalaşdırır ki, dindən öncə, kitabdan əvvəl  insan varlığının, kimliyinin bir din, kitab olduğu, bu OLUŞUMUN göndərilən dinlər qarşısında əsla geri çəkilmədiyinin bir təzahürü tarix boyunca istənilən vəziyyətdə özünü büruzə verib. Xislət dəyişmir.
 
Sözümün canı odur ki, əgər ingilislər islamı 1209-cu ildə məlum hadisədən sonra qəbul etsəydilər, islam dünyasının halı bəlkə də indikindən daha problemli və bərbad olacaqdı. Çünki bəşəriyyətin təfəkküründə bir ingilis sindromu hələ də hökm sürməkdədir. İngilis müsəlman olardısa, o ingilisliyindən vaz keçmədən, ingilis damarını əsla atmadan müsəlman olacaqdı. İslam isə ingilisliyi, ingilis xislətini, şərini, fitnəsini öz tiyanında bişirib, əritmək üçün var zatən. Bunun mümükün olacağına inana bilmirəm.  Eynən müsəlmanların da xristian olmaları təqdirində, heç nəyin dəyişməyəcəyinə, vəziyyətin bu günkündən o qədər də fərqli olmayacağına inanıram.
 
Xanəmir Telmanoğlu 
 
 
 








Redaktorun seçimi