Qusarda məktəblilər üçün internet təhlükəsizliyi mövzusunda təlim keçirilib

Hit: 598
Qusarda məktəblilər üçün internet təhlükəsizliyi mövzusunda təlim keçirilib
Region məktəbliləri üçün internet təhlükəsizliyi mövzusunda maarifləndirici təlimlər davam etməkdədir. Belə ki, uşaqların internetdə zərərli informasiyalardan və kibertəhlükələrdən qorunması məqsədilə növbəti belə təlim Qusar şəhər, 4 saylı orta məktəbdə keçirilib.
 
5-7-ci sinif şagirdlərinin iştirakı ilə keçirilən təlimdə İKT sahəsində ixtisaslaşmış və müvafiq sahədə fəaliyyət göstərən mütəxəssis Ellada Mustafayeva xüsusi təqdimatla çıxış edib. E.Mustafayeva uşaqlara internetdə yaranan təhlükə və risklərdən müdafiə üsulları, bu istiqamətdə valideyn və müəllimlərlə məsləhətləşmənin vacibliyi, şəxsi məlumatların qorunması üçün güclü şifrələrdən istifadə qaydaları barədə ətraflı məlumat verib.
 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə uşaqların internetdən təhlükəsiz istifadəsinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq baş tutan təlim məktəblilər və müəllimlər tərəfindən böyük maraqla qarşılanıb. Təlim zamanı uşaqlara Dövlət Komitəsi tərəfindən müvafiq mövzuda hazırlanmış məlumatlandırıcı qeyd dəftərləri təqdim edilib.
 
Ümumilikdə, 5 rayonda keçiriləcək təlimlərin may ayı ərzində İsmayıllı, Lənkəran, Astara rayonlarında da keçirilməsi nəzərdə tutulub.








Redaktorun seçimi