Mirhəsən Seyidov vətəndaşların problemlərini dinləyib - FOTOLAR

Hit: 586
Mirhəsən Seyidov vətəndaşların problemlərini dinləyib - FOTOLAR

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən vətəndaşların növbəti səyyar qəbulu həyata keçirilib. ⠀

Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edib.
Qaçaqkənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi çıxış edərək Qaçaqkənd kəndi İnzibati Ərazi Nümayəndəliyi haqqında görüş iştirakçılarına və qonaqlara geniş məlumat verib.
Çıxış edənlər Ulu Öndər Heydər Əliyev siyasi xətdindən, ideyalarından və bu gündə həmin siyasi kursu layiqli davam etdirən Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyyələri nəticəsində aparılan yenidən qurma işlərindən, Sərəncam və Fərmanlar haqqında iştirakçıları məlumatlandırıblar və 44 Günlük Vətən müharibəsindəki qələbəmizdən sonra işğaldan azad olunan ərazilərdə aparılan yenidən qurma işlərindən danışıblar. 
 
Görüşdə çıxış edən Neftçala RİH başçısı Mirhəsən Seyidov Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı uğurlu siyasətindən, təhsilə sahəsində qazanılan uğurlardan, təhsil alan gənclər üçün dahada rahat təhsil ocaqlarının inşa edilməsindən, 44 Günlük Vətən müharibəsindəki qələbəmizdən, işğaldan azad olunan torpaqlarımızın Prezident İlham Əliyevin göstərişlərinə əsasən abadlaşmasından və Rayon ərazisində aparılan abadlıq quruculuq işləri, Kür çayının mövcud vəziyyəti haqqında məlumat verib.
 
Səyyar qəbulda əsasən elektrik cərəyan xətlərinin yenilənməsi, internet resurslarının gücləndirilməsi və yenilənməsi, yol infrastrukturunun yenilənməsi, Kür çayında yaranan içməli su çətinliyi, suvarma kanallarının lildən təmizlənməsi və digər təkliflər səsləndiriblər. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.
 
Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
 
Məlumat üçün bildiririk ki, Neftçala RİHB-nın səyyar qəbulu Neftçala rayonun qəsəbə və kəndlərini tam əhatə edəcəkdir.
1
1
1
1
1
1








Redaktorun seçimi