Neftçalanın icra başçısı tərəfindən vətəndaşların növbəti qəbulu keçirilib - FOTOLAR

Hit: 846
Neftçalanın icra başçısı tərəfindən vətəndaşların növbəti qəbulu keçirilib - FOTOLAR
Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edib.
 
İlk öncə Xıllı qəsəbə 1 saylı tam orta məktəbin həyətindəki Şəhidlərin xatirəsinə ucaldılan guşə ziyarət olunub, gül dəstələri düzülüb və dərin ehtiramla anılıb.
 
Xıllı qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi çıxış edərək Xıllı qəsəbə İnzibati Ərazi Nümayəndəliyi haqqında görüş iştirakçılarına və qonaqlara geniş məlumat verib.
Neftçala rayon Ağsaqqallar Şurasının sədr müavini,əməkdar müəllim Zeynalova Hüsniyyə, Neftçala rayon YAP-nın təşkilatının sədri Ülvi Fərzəliyev və Xıllı qəsəbə 1 saylı tam orta məktəbin direktor əvəzi Günay Quliyeva çıxış edərək ölkəmizdə təhsil sahəsində aparılan məqsəd yönlü siyasətdən, cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələri nəticəsində məktəblərdə, ali təhsil müəssisələrində aparılan yenidən qurma işlərindən,  Neftçala rayonunda Mehriban xanım Əliyevanın dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində inşa olunan məktəblərdən, təhsil alan gənclər üçün yaradılan şəraitdən danışıblıb və təhsil sahəsinə göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə, Birinci Vitse Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıq və təşəkkürlərini bildiriblər.
Görüşdə çıxış edən Neftçala RİH başçısı Mirhəsən Seyidov Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı uğurlu siyasətindən, təhsilə sahəsində qazanılan uğurlardan, təhsil alan gənclər üçün dahada rahat təhsil ocaqlarının inşa edilməsindən, 44 Günlük Vətən müharibəsindəki qələbəmizdən, işğaldan azad olunan torpaqlarımızın Prezident İlham Əliyevin göstərişlərinə əsasən abadlaşmasından və Rayon ərazisində aparılan abadlıq quruculuq işləri, Kür çayının mövcud vəziyyəti haqqında məlumat verib.
 
Səyyar qəbulda əsasən elektrik cərəyan transformatorlarının yenilənməsi, yerli tibb məntəqəsinin təminatının təmin olunması, internet resurslarının gücləndirilməsi və yenilənməsi, yol infrastrukturunun yenilənməsi, Kür çayında yaranan içməli su çətinliyi, qəsəbə ərazisində bankomatın quraşdırılması və digər təkliflər səsləndiriblər. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.
 
Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
 
Məlumat üçün bildiririk ki, Neftçala RİHB-nın səyyar qəbulu Neftçala rayonun qəsəbə və kəndlərini tam əhatə edəcəkdir.
1
1
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi