Bakı 5 saylı mediasiya təşkilatının ictimai təqdimat mərasimi - FOTOLAR

Hit: 915
Bakı 5 saylı mediasiya təşkilatının ictimai təqdimat mərasimi - FOTOLAR
12 aprel tarixində Bakı 5 saylı mediasiya təşkilatının ictimai təqdimat mərasimi baş tutub.
 
Görüşdə Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, İdarə Heyətinin üzvü Sima Yaqubova, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayev, Azərbaycan Sığortaçılar Assosiyasının İcraçı direktoru Elmar Mirsalayev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Baş Katibin müavini Xəqan Hümbətzadə, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasın İdarə Heyətinin sədri Səkinə Babayeva, Azərbaycan Yazıçılar Birliyin üzvü, Ədəbiyyat Qəzətinin baş redaktorun müavini, əməkdar jurnalist Adil Cəmil, 45 saylı tam orta məktəbin direktoru Nəcibə Axundova, “Regional İnkişaf” Ictimai Birliyinin nümayəndəsi Təbriz Qasımov, İntizam Komissiyasının üzvü Mayıl Əhməd, Bəylər Məmişov, Gülşən Salmanova, İşçi Qrupun üzvü Anar İsayev, 5 saylı Mediasiya təşkilatının mediatorları və Mediasiya Şurasının əməkdaşları iştirak edib.
İctimai təqdimat zamanı Bakı 5 saylı Mediasiya təşkilatının direktoru Taleh İbrahimov qonaqları təşkilatın ofis şəraiti, iş rejimi ilə tanış etmiş və indiyədək  təşkilata daxil olmuş işlər və onların nəticələri ilə bağlı hesabat xarakterli çıxış edərək fəaliyyətinin ümumi icmalı baradə məlumat vermişdir.
Nadir Adilov çıxışı zamanı, Mediasiya Şurası hər zaman ictimai rəylərə diqqətlə yanaşıldığını və  keyfiyyətli mediasiya xidmətlərinin göstərilməsi üçün ictimai müzakirələr edilməsinə hər zaman açıq olduğunu bildirmişdir.
 
Xalq yazıçısı Çingiz Abdullayev çıxış edərək, mediasiyanın ölkəmiz üçün yeni olmasına baxmayaraq nəticələrin yetərində yaxşı olduğunu və bu çətin, məsuliyyətli işdə Mediasiya Şurasına, mediasiya təşkilatlarına uğurlar arzu edib.
 
Azərbaycan Sığortaçılar Assosiyasının İcraçı direktoru Elmar Mirsalayev Mediasiya Şurası ilə əməkdaşlıqdan, Məşvərət Komissiyasında təmsilçilikdən məmnunluq duyduğunu  bildirmişdir.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Baş Katibin müavini Xəqan Hümbətzadə çıxışı zamanı kommersiya mübahisələrində mediasiyanın müsbət tərəflərinin hiss olduğunu və həmtəsisçi kimi,həm də Mediasiya Şurası Məşvərət Komissiyasının üzvü kimi mediasiyaya lazımi dəstəyin göstərildiyini və göstəriləcəyini bildirib.
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasın İdarə Heyətinin sədri Səkinə Babayeva çıxışda Mediasiya Şurasının  qadın sahibkarların problemlərinin həllində göstərdikləri diqqətdən dolayı öz təşəkkürlərini bildirmişdir. 
 
45 saylı tam orta məktəbin direktoru Nəcibə Axundova Mediasiya haqqında fikirlərini bölüşərək ailə mübahisələrində uşaqların ciddi şəkildə təsirləndiyini və bu mübahisələrin onların gələcəklərə üçün böyük təsir etdiyini bildirib. Və mediatorların bu sahə üzrə daha diqqətli olmağa çağırıb.
Əməkdar jurnalist Adil Cəmil mediasiyanın ölkəmiz üçün yeni və uğurlu sahə olduğunu, yaxın gələcək üçün perspektivlərinin böyük olduğunu vurğulayıb.
1
1
1
1
1
1








Redaktorun seçimi