Əkinçilik ET İntitutunun əməkdaşları şəhidin bulaq-abidə kompleksinin açılışında iştirak edib

Hit: 473
Əkinçilik ET İntitutunun əməkdaşları şəhidin bulaq-abidə kompleksinin açılışında iştirak edib
Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan Ramiz Bağman oğlu Mustafayevin adının əbədiləşdirilməsi məqsədilə Ağstafada bulaq–abidə kompleksinin açılış mərasimi keçirilib. 
 
Faktor.az xəbər verir ki, abidə kompleksinin və xatirə lövhəsinin qarşısına əkililər qoyulub, gül dəstələri düzülüb.
 
Tədbirdə şəhidin ailə üzvləri, döyüş yoldaşları, qazilər, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktor müavini Şikar Əhmədov, Abşeron Yardımçı Təcrübə Təsərrüfatının direktoru Asif Əzizov, institutun baş mühasibi Orxan Abbasquliyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
 
Anım mərasimində çıxış edən Şikar Əhmədov şəhidimizin keçdiyi şərəfli ömür və döyüş yolundan danışıb. O bildirib ki, Ramiz Mustafayev 11.05.1989-cu ildə Ağstafa şəhərində anadan olub. 0, 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin tərkibində müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi iştirak edib. Vətənə bağlı bir insan kimi öz yoldaşları arasında daim seçilib və sevilib.
 
Digər çıxış edənlər də şəhidimizin keçdiyi şərəfli ömür və döyüş yolundan geniş söz açıblar. 
 
Qeyd edək ki, 28.01.2021-ci il tarixdə Kəlbəcər rayonu ərazisində, "Ömər aşırımı" adlanan yerdə xidməti vəzifəsini yerinə yetirərkən şəhidlik zirvəsinə ucalan Ramiz Bağman oğlu Mustafayev Ağstafa rayon Şəhidlər Xiyabanında dəfn olunub. Ailəli olan şəhidimizin özündən sonra bir qız və bir oğul övladı yadigar qalıb.








Redaktorun seçimi