AzTU-nun Elmi şurasının növbəti iclası keçirilib

Hit: 441
AzTU-nun Elmi şurasının növbəti iclası keçirilib
Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi şurasının növbəti iclası keçirilib. İclasda 2021/2022-ci tədris ilinin qış imtahan sessiyasının cari vəziyyəti və yaz semestrinə hazırlıqla bağlı müzakirələr aparılıb. Qeyd olunub ki, növbəti semestrdə müəllimlərin fəaliyyəti ilə bağlı qiymətləndirmə aparılacaq. Bu da tədrisin keyfiyyətinin yüksəlməsinə müsbət təsirini göstərəcək. 
 
AzTU-da yeni yaradılan Kitabxana-İnformasiya Mərkəzinin (KİM) direktoru Xəyalə Hacıyeva mərkəzin əsasnaməsi ilə bağlı təqdimatla çıxış edib. Daha sonra KİM-in əsasnaməsi müzakirə olunaraq qəbul edilib.
 
İclasda cari məslələrə də baxılıb.








Redaktorun seçimi