Erasmus+ KA2 LMQS layihəsi üzrə beynəlxalq ekspert AzTU-nun qonağı olub

Hit: 232
Erasmus+ KA2 LMQS layihəsi üzrə beynəlxalq ekspert AzTU-nun qonağı olub
Azərbaycan Texniki Univeristetinin (AzTU) tərəfdaşı olduğu Erasmus+ KA2 proqramı çərçivəsində yerinə yetirilən “Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti, risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı, peşə magistri hazırlığı” (LMQS) layihəsi davam edir.
 
Layihənin Avropadan olan eksperti, professor Jean Noel Pachoud Azərbaycanın LMQS üzrə tərəfdaş qurumlarına bir həftəlik səfər edib. AzTU-nun rektoru Vilayət Vəliyevlə görüşən Jean Noel Pachoud layihə çərçivəsində görülən işlər və perspektiv əməkdaşlıq istiqamətlərindən danışıb. Yeni “Menecment” (səhiyyədə keyfiyyətin və risklərin idarə olunması) ixtisasının perspektiv imkanları barədə də müzakirələr aparılıb.
 
Daha sonra qonaq AzTU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin profesor-müəllim heyəti ilə görüşüb. Görüşdə çıxış edən beynəlxalq əlaqələr üzrə prorektor Sübhan Namazov layihənin əhəmiyyəti və görülən işlər barədə məlumat verib. Layihə üzrə görülən işlər, yeni açılacaq “Menecment” (səhiyyədə keyfiyyətin və risklərin idarə olunması) ixtisasının tədris proqramı da ekspertin iştirakı ilə müzakirə olunub.  O da qeyd olunub ki, ekspertin səfəri çərçivəsində AzTU və digər tərəfdaş universitetlərdə layihənin işçi komandası ilə görüşlərin keçirilməsi və yeni yaradılacaq ixtisas üzrə tədris planının hazırlanmasına həsr olunan işçi seminarların keçiriməsi nəzərdə tutulub.
 
Seminarda professor-müəllim heyətinin sualları cavablandırılıb. 







Redaktorun seçimi