Nobel mükafatının arxasındakı fəsadlar - Xanəmir Telmanoğlu yazır

Hit: 596
Nobel mükafatının arxasındakı fəsadlar - Xanəmir Telmanoğlu yazır

(Bu yazını qətliamdan, soyqırımdan sonra bir araya gəlib ortaq bir qərar çıxaran Nobel Komitəsinin ölümünə həsr edirəm. )

Ey dili qafil fil faii məchul fani f... 
 
Masonluq yeni dünya düzəninin təməl fəlsəfəsini oluşdurur. Masonlu bir dünyada yaşayan yazarlar, şairlər, incəsənət dünyası üçün başqa gerçəklər və işin içində görünməyən işlər var. Bu işlərin sirrinə vaqif olmaq üçün bir az irəliki tarixə azacıq nəzər salaq. Sovetlər birliyi özünəxas dövlət yapısı olan, elə bu özəlliyi ilə mədəniyyətə, ədəbiyyata, incəsənətə xüsusi siyasət uyğulamalı olmuşdur. Sovet dövləti kimi mühafizəkar və dünyaya daş çıxardacaq yapıya sahib ölkənin ideolojisinin alt təməlində ədəbiyyata, incəsənətə yönəlik məqsədyönlü idelogiya mövcud idi. Bu siyasətin həyata keçirilməsi ideoloji təməllərə dayanan vazkeçilməz şərtlərlə əhatə olunurdu. Əks təqdirdə istənilənlər əldə oluna bilməzdi. Masonlar sovet hökumətini, o cümlədən, materialistləri sevmir və qəbul etmirdilər. Onların düşüncələrinə görə, əgər Sovetlər Birliyi çökərsə, onların çoxdandır xəyal etdikləri gerçəkləşər, önləri açılar, digər qlobal saydıqları arzu və istəklərini həyata keçirmək imkanları rahatlaşar. Ən azından ona görə ki, Sovetlərdə yaşayan yəhudi əsilli alim, yazar, ziyalı və ümumən aktiv, kamil insan (onlara görə:-x.t.)resursu daha çox idi. Sovetlər dağıldıqdan sonra isə o insan potensialından istifadə eləmək təbii üsulla baş verəcəkdi. Çünki istənilən ideyaya sahib olan yəhudi öncə yəhudidir, öncə mason anlayışının tərəfdarıdır. Masonlar abstrakt, abstraksionizm, avanqard, modern ədəbiyyatı, əsərləri, sənət nümunələrini dəhşətli dərəcədə qəbul edirlər. Masonlar dini sevmirlər. İddialarına görə, bütün dinlərin bir arada olduğu, qaynayıb qarışdığı vahid din anlayışını qapsayan konseptuallığı daha çox təqdir edirlər. Buna rağmən, özlərində dindən əsər-əlamət qalmaz, daha çox düşüncələri, fikirləri, ideyaları qəbul etmədikləri materialistlərdən heç də fərqlənmirlər. Onlar daha yaxşı bilirlər ki, mübarizə apardıqları gücə qarşı, eyni güclə çıxmaq əsas oyun qaydalarından hesab edilməlidir. Məsələn, sovet dövləti ədəbiyyatda, incəsənətdə ən çox realizmi və romantizmi təqdir, təbliğ edirdi. Abstrakt sənətə qarşı mübarizə aparırdı. Avanqard meyilləri birmənalı olaraq qəbul eləmirdi. Stalin hakimiyyətdə olduğu dövrdə bu işin peşini buraxmaz, zamanında uyğuladığı siyasi kursu partiya və dövlətin ideoloji təməlinin möhkəmlənməsi naminə hər türlü addımı atmaq üçün qırğın planını işə salır. Bu barədə Stalinin uzaqgörənliyini qəbul etməmək mümkün deyil. Dövlətlə, sistemlə əsəri, mətni müqayisə etmək düzgün deyil. Bir dövlətin təməlində milyonlarla əsər var. Bu əsərlər-insan, kütlə resursu elə şəkildə bir ritmə və nota köklənməlidir ki, lazım olanda eyni vaxta eyni yuxunu hər kəsin görmə, hər sabah günəşin doğuşunu hər kəs eyni vaxtda seyr eləmək imkanına sahib olsun. Düzdür, Stalin də başa düşürdü ki, belə sistem əbədi, əzəli ola bilməzdi. Ancaq dünyada gedən proseslər, ideoloji güc mərkəzlərinin gələcəyə yönəlik taktika və stratejilərini nəzərə alaraq, müəyyən dövr çərçivəsində belə bir sistemin- sovetlər birliyi kimi nəhəng bir dövlətin varlığı mütləq sayılmalıydı. Elə də olur. Lakin bu dövlətin ömrü, tarix də göstərir ki, dünyanın mərkəzləşdirilmiş güc və beyin strukturları tərəfindən qlobalizim adı altındakı hədəflərini nəzərə alanda, çox, lap çox qısa olmuşdur. Cəmi 70 il. Stalin ədəbiyyatla bağlı deyirdi: “Bizə elə hekayələr lazımdır ki, oxucunu imperialist müharibələrin dəhşətindən ayırıb, belə müharibələri təşkil edən imperialist hökumətlərin devrilməsinin labüdlüyünə inandıra bilsin. Biz əksinqlabi müharibə kimi, imperialist müharibələrin əleyhinəyik, amma biz antiimperialist, inqilabi, azadlıq müharibələrinin lehinəyik.” Göründüyü kimi, Satalin imperialist hökumətlərinin devrilməsini qarşıya məqsəd qoyur. O yaxşı anlayırdı ki, bütün şər, şeytani oyunlar İmperialist sistemin daxilində baş qaldırır. Onun dərinə işləmiş kökünü həmişəlik kəsmək üçün hökumətlərin devrilməsi, yıxılması, çökməsi və ən əsası sovet ideologiyasının sisteminin yerində bərqərar olması lazım idi. Bu baxımdan, Stalin haqlı olaraq, ədəbiyyatın rolunu dəqiq bilir, onun dünya idarə sisteminə verəcəyi töhfələrin nə qədər əhəmiyyətli olduğunu anladığından, istəmirdi ki, sovet dövlətinin yazarları imperialist güclərinin dəyirmanına su töksünlər. Bu baxımdan, Stalinin repressiya planını yaxşı başa düşmək mükündür. Sovetlərin dağılmasını isə sovet hökumətinin son başçısı M.Qarbaçovla, onun qanlı əlləriylə həyata keçirdilər. Bunun, bu zəhmətin və xəyanətin qarşılığı olaraq, onu Nobel mükafatına təqdim etdilər. Kimlər, Massonlar.
 Xatırladım ki, dünyada bir çox ünlü təşkilat və qurumlar, şirkət və komitələr, şəxslər var ki, birbaşa masonlarla, mason lojaları ilə əlbir, əlaqədardırlar. Hətta masonluğun mərkəzi, beyin gücü hesab edilirlər. Belədə, Nobel mükafatı verən Komitənin də əsasını masonlar təşkil edir.
Ədəbiyyatda masonlar realizmi, sovetlərin təqdir elədiyi romantizmi qəbul etmirlər. Reallıq yalandan uzaq, romantiklik isə reallığın üzərində, reallığın bir pillə irəli görüşü, irəliki məsafəsidir. Yəni hədəfdir. 
Sovet ədəbiyyatı əslində realizmdən, A nöqtəsindən romantikliyə, B nöqtəsinə doğru irəliləyir, inkişaf edirdi. Sovet ədəbiyyatı spiralvarı, üçbucaqlı, çoxbucaqlı deyildi. Sadəcə başlanğıcı və sonu, sonun da yeni bir başlanğıca dönmə imkanları tükənməyən bir ədəbi anlayışı qapsayırdı. Masonlar sovet ədəbi üsulunu sevmirdi. Ona görə də, sovet dövrü fərqli cərəyanlara meyillənən, o cümlədən avanqard və modernizm hərəkatını dəstəkləyirdilər. Bu dəstəkçi ambisiyalarıyla da sovetlər daxilindəki yazarlar üzərində var-gəl etməkdən usanmazdılar. Çünki bu akımlar sovet ideloji sisteminə zidd dünyagörüşü formalaşdıra bilirdi. Masonlar abstraksiyanın sovet ədəbiyyatı və incəsənətində iz salması üçün nə gərəkirdisə, etməyə hazır idi. Sovetlər, onların niyyətlərinin qarşısını almaq üçün öz yöntəmini uyğulamaq zorundaydı. Başqa bir gertçəklik ondan ibarət idi ki, abstraksiyanı qəbul edən masonik dünya gücü, dini simvol və sistemə dayalı ədəbiyyatı, incəsənət nümunəsini də görmək istəmirdi. Çünki dini motivli, dini qaynaqlı nümunələrin mahiyyəti onların şər, şeytani əməllərinin ifşasına yönələ bilirdi. Masonların Kainatın Ulu Memarı anlayışı əsla Allah demək deyildir. Üç sözdən oluşan bu birləşmənin qapsadığı ad, (Kainatın Ulu Memarı) elmdən, ideologiyadan xəbər verirdi. Allah adı həm səsləniş, həm də məna, ifadə etmə etibari ilə dini bir qavrama oturdulurdu... Ancaq Kainatın Ulu Memarı sonradan yaradılmış bir ad, bir mahiyyət kəsb etdiyindən, din də sonradan yaradılmış olmadığından, ona sadəcə reforumçu üslubla, hiyləylə yanaşma imkanının olduğundan, (stər-istəməz bu qarşıdurma, gözə kül üfürüb üzdə Allaha bağlılıq maskası ilə kütləni formilo eləmə, özünə inandırma, ən əsası isə seçilmiş şəxsləri böyük oyuna qatma və onları qoruma prinsipi əsas götürülmüşdür. Masonluğun bir mənalı olaraq, Allahla, dinlərlə heç bir müsbət, xoşniyyətli, xoş məramlı əlaqəsi ola bilməzdi. Əksinə, o dinləri bir-birinə qatma, yaxut da dinlərin dayaq nöqtələrini dağıtma prinsipləri həmişə vaz keçilməz kodeks kimi onların qarşılarına məqsəd qoyulub. Bu prizmadan yanaşıldığ zaman, T. Eliotun da təqdir elədiyi kimi, dini qapsamlı və içərikli mətnlər, sənət əsələri, nümunələri heç vaxt lənətlənməyəcəlklər. Bu cür alt yapısı metafizik zənginliyə qovuşmuş “təmiz əsərlər” gələcəkdə də qorunmuş, arınmış insanların həmsohbəti, həyatlarının naxışı ola biləcək. Bu əsərlər, işıq dalğalarının axınına hər an kainatın dərinliklərindən, sonsuzluqlarından dünyamıza xeyir impuluslarıyla zəmin yaradıb, o İlahi İşıqların qarşısına çıxara biləcəyimiz güvəncimiz olacaqlar. Bizlər bəzən mənfi, şər gücləri gözardı edib, onlara söykənərək balaca xeyirxah güclərə qarşı mübarizə aparır, ya da o xeyir gücnə qarşı aqressiv psixologiya ilə silahlanırıq. Çünki, yanlış təbliğatların əsirinə çevrilmiş qullarıq. Öz beyin potensialımızdan əsla istifadə barədə düşünmürük. Sadəcə əzbərlədiyimiz, şüur kontingentinə dönüşdürdüyüçmüz saxta, şər yaşam əsaslarının simvol və atributlarıyla dolub daşaraq, özümüzü “anlayışlı”, “bilgili” zənn edirik. Oysa bəzən ürəkdən mübarizə apardığımız bir tərəfin nə qədər xeyir içində olduğunu, bizə lazımlı olduğunu görmə imkanından mərhumuq, uzağıq. Elə isə necə olur ki, dini mötivli əsələri, sənət nümunələrini masonlar sevmirlərsə, sovetlərin də sevmədiyini biliriksə, burdan hansı nəticəni çıxarmış sayılırıq. Din nə sovetlərin, kommunistlərin, nə də masonların səmimiyyət təmayüllü malı deyil. Dini hər zaman qarşılarında gördülər. Gerçək din İslamdır. “İncil” təhrif edilə bilər, ancaq xristianlığın pozulmasına inanmıram. Ancaq nə islamın, nə “Quranın” pozulması mümkün deyil. Masonlar xristianlığı hədəf alsalar da, islamın adını çəkmədən onu heç görməzlikdən gəldilər. Birdən-birə iki dinin güclərini qarşılarında görmək çətin və ağır idi. Xristianlarla işlərini bitirdikləri təqdirdə, islamı yox eləmə təcrübələri və imkanları artacaqdı. Sadəcə xristianlıq intellektualığı və çevikliyi sayəsində, kilsə mərkəzləşməsi sayəsində bəlli bir yerə qədər gərəkən dirənişini göstərə bildi. Xristianlığı yeyə bilməyən masonluq islama heç gözünü dikmədi. Amma islamla bağlı heç bir ifadə işlətməsələr də, bütün fəaliyyətlərini islama qarşı yönəltdilər. Bütün müsəlman dövlət və hökümətlərini bir-birinə qatıb, gərəkən dərsləri verməkdədirlər. Xristinalıq müsəlmanlıq üçün qorxulu deyil. Bundan sonra da səlib yürüşü arxetipi də tarixə qarışdı. Sadəcə hər iki din üçün bir güc varsa, o da masonluqdur. Sovetlərin (sossializmin) və masonların sevmədiyi, qəbul eləmədiyi əsas din olan islam hər zaman böyük ədəbiyyata, incəsənətə, mədəniyyətə yön verib. Sovet dönəmində H. Cavidi sovetlər də sevmədi. Avropada yaşasaydı, bu dahi sənətkarı heç imperialistlər də sevməzdi. Demək, bizim burdan çıxaracağımız nəticə, dini içəriyi olmayan istənilən mətn masonların işinə gələ, müəllifi Nobelə aday göstərilə bilər. Milli anlayışları dəf eləmək, masson dünyagörüşünün konyukturasında əritmək çətin olmayan təcrübədir. Din rüzgarı əsən hər hansı bir sənət nümunəsində Nomel mükafatına qarşı bir sitəm, şərə, mason lojalarına, şər beyin mərkəzlərinə qarşı bir etiraz vardır. Bu qırğını, savaşı görməzlikdən gəlmək uşaq başı aldadmaq dərəcədə gülüncdür. Ancaq bizim intellektual kəsim isə, hələ də Nobel deyib durur, bu işin arxa baxçasında əkilən həşişlərdən, ağ ölümdən, xərçəngdən, dünya əhalisinin 90%-nin iyrənc üsullarla yox edilməsindən də xəbərsiz olmamış deyillər. 
 
Xanəmir Telmanoğlu
 








Redaktorun seçimi