Paytaxt üzrə 4 000-dən çox şagird olimpiadanın ilk mərhələsinə qatılıb

Hit: 329
Paytaxt üzrə 4 000-dən çox şagird olimpiadanın ilk mərhələsinə qatılıb
Respublika fənn olimpiadalarının şəhər mərhələsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 4 000-dən çox şagirdi iştirak edib.
 
Olimpiadaların şəhər mərhələsi paytaxtdakı 14 imtahan mərkəzində təşkil edilib.
 
IX, X, XI, həmçinin xüsusi istedada malik VIII sinif şagirdlərinin iştirak etdiyi Respublika fənn olimpiadalarının şəhər mərhələsi Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix fənləri üzrə təşkil olunub.
 
Respublika fənn olimpiadalarının şəhər mərhələsinin nəticələri www.portal.edu.az, www.olimpiada.edu.az saytları və iştirakçıların təhsil aldıqları ümumi təhsil müəssisələri vasitəsilə 30 yanvar 2022-ci il tarixindən etibarən elan olunacaq.
 
Qeyd edək ki, fənn olimpiadalarının keçirilməsində məqsəd müvafiq istiqamətlər üzrə istedadı ilə seçilən şagirdlərin müəyyənləşdirilməsi, onların həvəsləndirilməsi və həmin istiqamətlərə olan marağın artırılmasından ibarətdir. 
 
Respublika Fənn Olimpiadaları  “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.







Redaktorun seçimi