Deputatın Gəncliyə Yardım Fonduna etdiyi müraciət müsbət həll olundu - FOTOLAR

Hit: 485
Deputatın Gəncliyə Yardım Fonduna etdiyi müraciət müsbət həll olundu - FOTOLAR
Gəncliyə Yardım Fondu (GYF) fiziki məhdudiyyətli vətəndaşlar Tağıyeva Xalidə Mirmikayıl qızı, Abbasov Natiq Seyfəddin oğlu və Abbasov Ruslan Seyfəddin oğlunun əlil arabası ilə təmin edilməsinə köməklik göstərilməsi üçün 11 yanvar 2022-ci il tarixində göndərdiyimiz müraciəti müsbət həll edib.
 
Bu barədə Faktor.az-a Deputat Jalə Əhmadovanın qərargahından məlumat verilib.
 
Belə ki, Gəncliyə Yardım Fondunun nümayəndə heyəti Salyan rayonunda yaşayan 16 yaşlı  Xalidə Tağıyevanı, Xızı rayonu Yeniyaşma qəsəbəsində yaşayan 43 yaşlı Natiq Abbasov və 40 yaşlı Ruslan Abbasov qardaşlarını yaşadığı ünvanlarında ziyarət ediblər. 
 
Hər üç şəxs əlil arabası ilə təmin olunub. 
 
Müraciətimizə bu cür operativ reaksiya verən və problemi müsbət həll edən GYF-in rəhbəri Ahmet Tecimə öz dərin təşəkkürümüzü bildiririk.
1
1
1
1








Redaktorun seçimi