Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin rəhbəri rəsmi tədbirdə iştirak edib

Hit: 351
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin rəhbəri rəsmi tədbirdə iştirak edib
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Azərbaycan Respublikası Baş Nazirinin müavini cənab Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan və İran İslam Respublikasının Yol və Şəhərsalma naziri cənab Rüstəm Qaseminin rəhbərlik etdiyi İran nümayəndə heyətlərinin Bakıda keçirilən görüşündə iştirak edib.
 
Qeyd edək ki,görüş zamanı Bakı-Naxçıvan-Bakı müntəzəm avtobus marşrutunda işləyən avtobusların gündəlik sayının artırılması, İran ərazisindən Naxçıvana və geriyə hərəkət edən avtodaşıyıcılar üçün vergilərin azaldılması, İran ərazisini tərk edən zaman avtonəqliyyat vasitələrinə yanacaq çənində olan yanacağın hər bir litrinə tətbiq olunan rüsumun ləğv edilməsi və avtomobil nəqliyyatı üzrə digər aktual məsələlər müzakirə olunub.








Redaktorun seçimi