Neftçalada “Master Chef” müsabiqəsinin finalı keçirilib

Hit: 251
Neftçalada “Master Chef” müsabiqəsinin finalı keçirilib
Neftçala rayonunda Peşə təmayüllü siniflər arasında “Gənc Aşpazlar” layihəsi çərçivəsində “Master Chef” müsabiqəsinin final mərhələsi keçirilib. 
Müsabiqədə Neftçala Rayon İcra Hakimiyyəti aparatının məsul şəxsləri, Peşə təmayüllü siniflər layihəsinin rəhbərliyi, Neftçala rayon Təhsil şöbəsinin, Neftçala rayon Gənclər İdman idarəsinin, GİKM-nin rəhbər şəxsləri və müəllimlər iştirak edib.
 
Azərbaycan Respublikasının Dövlət Himni səslənib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu və əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
 
“Master Chef” müsabiqəsinin final mərhələsində Neftçala, Salyan, Suraxanı və Hacıqabul rayonlarından olan peşə təmayüllü siniflərin aşpazlıq üzrə təhsil alan şagirdləri iştirak ediblər.
“Master Chef” müsabiqəsinin final mərhələsinin sonunda gənc aşpazlar qeyd olunan nominasiyalar üzrə mükafatlandırılıblar. 
 
Ən yaxşı şah plovun hazırlanması nominasiyası üzrə qalib Neftçala rayonu
 
Ən gigiyenik komanda nominasiyası üzrə qalib Suraxanı rayonu
 
Ən çevik komanda nominasiyası üzrə qalib Salyan rayonu
 
Ən sərbəst komanda nominasiyası üzrə qalib Hacıqabul rayonu.







Redaktorun seçimi