AzTU-da “Keyfiyyətin Təminatı və Öyrətmə - Öyrənmə Mərkəzi üçün kadr hazırlığı” təlimləri yekunlaşıb

Hit: 520
AzTU-da “Keyfiyyətin Təminatı və Öyrətmə - Öyrənmə Mərkəzi üçün kadr hazırlığı” təlimləri yekunlaşıb
Azərbaycan Texniki Universitetinin (AzTU) təşkilatçılığı ilə “Keyfiyyətin Təminatı və Öyrətmə - Öyrənmə Mərkəzi üçün kadr hazırlığı” mövzusunda keçirilən təlimlər yekunlaşıb. 3 gün davam edən təlimlər Çankaya Universitetinin dekanı, professor Buket Akkoyunlu və Türkiyənin Ali Təhsildə Keyfiyyət Təminatı Şurasının (YÖKAK) konsultantı Salih Bardakçı tərəfindən aparılıb. Təlimlərdə AzTU-nun müxtəlif fakültələrinin professor-müəllim heyəti və müvafiq şöbələrin əməkdaşları iştirak edib.
 
Təlimlərin sonuncu günü AzTU-nun rektoru Vilayət Vəliyev iştirakçılarla görüşüb. Qeyd edib ki, universitetin professor-müəllim heyətinin bilik və bacarıqlarının artırılması istiqamətində təşkil olunan təlimlər mütəmadi olaraq davam etdiriləcək.
 
Sonda təlim iştirakçılarına sertifikatlar təqdim edilib.








Redaktorun seçimi