“Mediasiyanın tətbiqi və inkişafı” mövzusunda müzakirə keçirilib

Hit: 486
“Mediasiyanın tətbiqi və inkişafı” mövzusunda müzakirə keçirilib

Müstəqil Dövlətlər Birliyi ölkələrinin mediatorlarının iştirakı ilə ZOOM online platforması üzərindən “Mediasiyanın tətbiqi və inkişafı” mövzusunda online müzakirə formasında tədbir keçirilmişdir.

Belarusiyalı, Beynəlxalq dərəcəli mediator Liliya Vlasova tərəfindən təşkil edilən tədbirdə Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov və İdarə heyətinin üzvü Sima Yaqubova iştirak etmişdir. Qeyd edilən tədbirdə iştirakçı ölkələrdən, Azərbaycan, Belarusiya, Ukrayna, Qazaxıstan, Özbəkistan, Gürcüstan, və digər ölkələr üzrə iştirakçılar öz ökələrindəki mediasiya təcrübəsindən təqimatlar etmiş və  mediasiyanın tətbiqi, real praktika və qanunvericilik aspektindən bir sıra məsələləri müzakirə etmişlər.  Azərbaycan Mediasiya Şurasının İdarə Heyətinin üzvü Sima Yaqubova Azərbaycanda mediasiyanın tətbiqi, real praktika və qanunvericilik aspektindən bir sıra məqamları iştirakçıların diqqətinə çatdırmaqla çıxış etmişdir.

İştirakçı ölkələr üzrə mediatorlar tərəfindən Azərbaycanda mediasiya təcrübəsi, qanunvericilik, real praktika böyük maraqla qarşılanmış və tədbirin yekununda iştirakçı ölkələr üzrə çıxış edən mediatorlar Azərbaycan təcrübəsi mövzusunda növbəti vebinar və online görüş formatında tədbirin keçirilməsi ilə bağlı təşəbbüs irəli sürmüşlər.

Qeyd edilmişdir ki, 2022-ci ilin mart ayında təşkil edilməsi planalaşdırlan növbəti görüşdə Azərbaycan praktikası və qazanılmış gözəl təcrübə barədə üzv iştirakçılara məlumat veriləcək və Azərbaycann təcrübəsinin öyrənilməsi mqəsədi ilə müzakirələr təşkil ediləcəkdir.

Faktor.az









Redaktorun seçimi