Unudulmaz sevgidən dövlətçiliyə

Hit: 280
Unudulmaz sevgidən dövlətçiliyə

Eşqdən yaranan dövlət

(O unudulmaz yanvar günlərdən tarixə çevrilənlərimiz arasında İlham olduğu kimi, Fərizə də vardı)
 
Aradan illər keçir. Aradan illər keçmir. Zaman donub. Çünki ortada böyük bir səbəb var. İlhamın vətəninə  olan sevgisi, Fərizənin də İlhama olan məhəbbəti sonda bütövləşib eşqə dönüşdü. 
Ilhamı tanıyanlar bilir ki, o bütövlüyü çox sevərdi. Hətta sovetlərin son zamanalrında Cənubla aramızda çəkilən o tikanlı sərhəd məftillərini sökənlərlə birlikdə haqq səsini ucaldanlardan biriydi. Deyirlər ki, İlham bizi iki yerə bölənlərə qarşı kin və nifrətini Araza sitəm eləməklə canından çəkib çıxrırmış. 
Yurdunun birləşmədiyini görüb bir gün bu yurdun vəfa nümunəsi Fərizəylə  həyatını birləşdirir. Bəlkə bu xalqın taleyindəki ayrılıqlar, bölünmələr onun övladlarının həm bu dünyada, həm o dünyada qovuşan talelərindən ibrət götürüb bütövlüyə can ata. 
30 iyun 1989-cu ildə xalqımızın böyük eşq dastanın özülü yazılır.O gün bir ulusun eşqə olan sədaqət andı pas tutmuş ruhları, qəlbləri  riqqətə gətirir. Damarlarda paslanmış qanı duruldur. 
Millətin ruhu onun övladlarının şəxsində , əməlində pərvəriş tapır. O gündən sonra sədaqətimiz İlham və Fərizə adının qutsallığından gücünü alıb bizim üçün ayrılmış göylərin təravətinə yeni bir rahiyə də qatdı.
Hər şey təzələnməlidir. Ayağımızın altında torpaq, başımız üzərində göy. Torpağımız tənimizlə, göyümüz ruhumuzla təzələnməli idi.  Bu təzələnmə ayinində dövrümüzün ilk eşq qurbanları İlhamla Fərizə oldu. 
**
Onların sevgisi Azərbaycan xalqının birliyi, yurdumuzun bütövlüyü, dövlətimizin müstəqilliyi üzərində tarixə çevrildi.
**
Imperiya tanklarınını üzərinə əliyalın çıxan İlham sinəsini irəli gərib gözlərini qırpmadan müstəqilliyimizə gedən yolda Şəhadət şərbətini içdi. Bu xalqın mübariz oğlunu Leyla, Şirin deyil,  Fərizə kimi sevən bir Azərbaycan qadını əbədi olaraq and yerimizə çevrilidi.    
 
Xanəmir Telmanoğlu








Redaktorun seçimi