Şəhid verən xalqlar üstündür - Xanəmir Telmanoğlu yazır

Hit: 337
Şəhid verən xalqlar üstündür - Xanəmir Telmanoğlu yazır

Azərbaycan xalqı diri xalqıdır Ey dili qafil fil faili məchul fani f....

Doğrudan da vətəni, ölkəni bir daha doğmalaşdıran, onu min qat sevimli edən şəhidlər olduğuna inanıram. Nə yaxşı ki, Azərbaycan xalqı tarixin müxtəlif aşamalarında şəhid verməyi, şəhid nəsil yetişdirməyi bacarıb. Həm də nə yaxşı ki, Azərbaycan xalqı tariximizin yenə müxtəlif aşamalrında şəhid verməyi unutmayıb. Milli bütövlüyə gediş yolda bu etnos  cövhəriylə yüklü hərəkət və hərəkat  bir xalqın diriliyindən xəbər verən müjdədir. İnsanların  əbədi olduğu, kamil  olduğu, ölməz olduğu, ən əsası diri olduğu bir aləmin ruhaniyyətində ölü  xalqlar olduğu kimi, diri xalqlar da var. Azərbaycan xalqı sözün əsl və gerçək mənasında, sözün tarixə üz tutduğu yerində  diri xalqlardan biridir. Diri xalq olama müjdəsini Qurani - Kərimdə Allah bir başa özü verir. Millətin şəhidini diriliklə müjdələyən Allah, xalqın minlərlə şəhidi, özü də tarixin ayrı-ayrı vaxtlarında qurban verdiyi şəhidinin kimliyi fonunda necə şəhid sayılmaya bilər. Şəhid verən toplumlar,  Avropalı  elm adamları tərəfindən aparılan bir araşdırma sonucu məlum olur ki, həm də gənc qalırlar. Onların bir millət olaraq tez qocalma  kimi  bir qayğısı yoxdur.

Şəhidlik millətə gənclik, diri qalma “etibarı verirsə” ( Lissanq Havor) ,  digər yandan da  öz İlahilik dəyərinə, ilahilik  miqyasına bir “güvən duyğusunun sabitliyini” ( Cibran Xəlil Cibran)  tələb edir. Bu nə deməkdir? Bu o deməkdir ki, millətin  ruhunun  ehtiyatında qalmalı olan  davamlı bir Güc,  insanlığın mənəvi və təfəkkür baxımından köləlik zillətinə düçar olanda sifətinə güllə kimi açılır. Milləti şapalaqlayaraq ona silkinib  bu dözülməz ağırlığı, yükü üzərindən atılmasını istəyir. Şəhidliyin millətlərin ruhuna, mədəniyyətinə ötürdüyü pozitiv impuluslar gizlinə çəkilib marıqda gözləyir. Elə ki, aləm bir-birinə dəydi, kəllə-mayallaq oldu, o yerdə bir Xızır misali milləti dümsükləyib üzünə soyuq su çiləyər və kif basmış, xılt basmış yaşamından, həyat tərzindən şəri  silib süpürüb atır, ətalətdən uzaqlaşdırar. Hardasa, xalq əlimyandıda olanda, dara düşəndə Xızırın peyda olması, sezdirmədən, bildirmədən yardım əlini uzatması  kimlər üçünsə görünən, kimlər üçünsə görünməyən, hesaba qatılamayandır.

  Vətən, xalq, insanlıq yolunda, inanc yolunda həyatını qurban verənlər bəşəriyyət yaranandan var olub. Ancaq şəhid anlayşı birbaşa İslam diniylə, Qurani-Kərim əxlaqıyla, dünyaya verdiyi mesajla bağlıdır. İslamda bu fəlsəfə o qədər inkişaf edib ki, hətta şəhidlik məktəbi adlı düşüncə adını da qazanıb. Azərbaycanlılar da  müsəlman olaraq fərqli-fərqli zamanlarda, dönəmlərdə verdiyi şəhidlərlə qürur duya bilər.

Ümumiyyətlə, bəlli bir gün və günlər ona görə var ki, o günlər  hər hansı bir inancımızla, dəyərimizlə öz içimizdə və  İç zamanımızda yüksək məqam əldə edə bilsin. Bu məqam toplumun maddi və mənəvi yüksəlişində də sözsüz, bir önəm kəsb etmiş sayılacaq. Mədəniyyətimizə, kəsə demiş olsaq, bir çəki-düzən vermiş olacaq. Götürək elə 1990-cı il 20 Yanvar şəhidlərimizi və onların həyatımızda, dünyagörüşümüzdə, dünyaya baxış acımızda oynadığı rolu. Bir də bizin bunun müqabilində Şəhidləri xatırlama, yad eləmə instiktimizi. Hər şey kainatda qarşılıqlı əmsal üzərində bərqərar olur. Birtərəfli hər hansı irəliləyiş, istək, yüksəliş, məqsəd mümkün deyil. Əgər Şəhidlərimiz bizə indiyə kimi bir şey-yəni insanlıq üçün mənəvi dəyər baxımından ölçüyə gəlməz bir Əmanət vermiş olmasaydı, bizlər bu 23 ildə və hər il getdikcə daha içdən yad etmə, xatırlama törənlərinə axın - axın qoşulmazdıq. Qurani - Kərimə, yəni Allahın dediyinə görə, gerçəkdən Şəhid olanlar ölmürlər. Onlar diridirlər. Sadəcə bizim görməməyimiz bizim acımızdan, tərəfimizdən çox şeyləri alt-üst edir. Ancaq bizim bu möhtəşəm şəhadət həyatınının sirrini, gizlinlərini görə bilməməyimizdə də bir gözəllik aramaq lazım. Ən azından bir insan övladı kimi sahib olduğumuz şər ünsürlü dünyəvi xüsusiyyətlərimizə, yaradılışımıza onları görmədiyimizdən onları bulaşdırmır, onları günahlarımızın güdazına vermirik. Başqa  tərfədən onlar bizə, doğrudur və birmənalı qəbul olunandır ki, Millli Azadlıq hərəkatına gedilən, müstəqilliyimizin bərpası yolunda misilsiz dərəcədə yardımçı olub, bizzat bu milli uğuru bizə qazandırdılar. Ancaq onların işi bununla bitmədi. Bu müqəddəs amal, inanc uğrunda Allahın verdiyi şirin candan, gənc, qoca, uşaq bədəndən vaz keçib şəhid adını aldılar. Bu şəhidlik isə azərbaycanlı olaraq,  (geridə qalan düşüncə, anlayış sahibi soydaş, vətəndaş varlığımıza)  leksionumuza “şəhid”  sözünü gəirdiyi kimi, “şəhid” sözünün ifadə elədiyi məna və hikmət varidatının tutumunu, dərəcəsinin ölçüsünü də gətirdi. Leksionumuzdakı bu məqam və dərəcə tutumu,  təfəkkürümüzdə də izini yavaş-yavaş dərinlışdirməli oldu.

İllər keçdikcə həyatımızdan dilimizə, danışığımıza, təfəkkürümüzə hopan şəhdilik fəlsəfəsinin şüuraltımızdakı yatırımı zamanın, nəsillərin fonunda, haqqında danışdığımız fəlsəfənin mənəvi energetikasına Rena Genon demiş,  bir artım, yüksəliş  gətirir. Nəsillərarası keçiddə müqəddəs dəyərlər öz payını aldıqca, dəyərin əyarı, qiyməti ikiqat yüksəlir. 1990-cı ilin 20 Yanvar şəhidliyi, o gün və o zaman üçün Allah qatında nə qədər doğmalıq, ülvilik yaradırsa, sonrakı zamanlarda nəsillərin əxlaq, yaddaş, tarix yaşatma tutumu müqabilində bir nəsildə bir qat, iki nəsildə iki qat... İlahilik qazanır.  Mədəniyyətin genefondunda mütləqlik vəsadətini təsdiqlədə bilir.

Ona görə də, ezoterik alimlər, bizim kimi xalqlara gəlmə xalqlar deyirlər. Bu gəliş dünya torpaqlarının hansısa guşəsindən çıxıb  bir başqa güşəsini Vətən, el, yurd, ölkə eləmə gəlişi deyil. Bu gəliş Yaranışın əzəlində aldığı, götürə bildiyi Xeyr yükünü gücü çatacaq qədərdə  bu günə kimi gətirmək, bu günə kimi yüksəltməkdir.

 







Redaktorun seçimi