Allahı insanlığın təfəkküründən çıxarmaq ssenarisi - Xanəmir Telmanoğlu yazır

Hit: 608
Allahı insanlığın təfəkküründən çıxarmaq ssenarisi - Xanəmir Telmanoğlu yazır
Həyat anlayışını mif, əfsanə, xəyal kimi alqılamağa çalışdığımız, bizi yeni bir yaradılış  toxumunda cücərtməyə yönəltdiklərinə tük saldırmayanlar, bəşəriyyəti futurist hüsumətə bürünmüş bir dönəmdən keçirirlər. 
Artıq DNT - mizə daxil olmuşlar. Varlığımıza əl qoymuşlar. Genetikamızda, varlıq və kimliyimizə istənilən oyunlarını sərbəst şəkildə oynaya bilirlər. İndi DNT- mizdə heç gözlərini qırpmadan, əl - qolunu sallayaraq dolaşan bu qoluzorbalara, bu zülmətin əhrimənlərinə kimsə toxuna bilmir.
DNT - mizə daxil olmaq nə deməkdir, bilirsinizmi? Bu, yeni bir ərazimizdə imperiya qurmağın, yaratmağın ötəsində ALLAHLIQ etmək zorakılığıdır. Bu, açıq və net şəkildə Allahlıq iddiasından başqa bir mesaj ola da bilməz. Belə bir zəbt olunmanın, işğala məruz qalmanın ötəsi yoxdur. Bax, "Allahı Qiyamətə məcbur etmək" səfsəfəsinin naralar atmağı həm də bu deməkdir. Bax, Allahı, Sonsuz Yaradıcı Gücü insanlığın varlığından qaldırıb, yerində öz başıpozuq allahlıqlarına zəqqum çiçəklərini yetişdirmək cəfasında bulunmaq adıyla insan iradəsinə, azadlığına, özgürlüyünə çökməyin əyləmini məsumanə elan etmək budur. Bir sözlə, bir ovuc insan olmayan insanın, bütün var olanlar üzərində Allahlıq imperiyasını qurmaq layihəsi hər gün yeni - yeni propoqanda ilə nəfəsimizi kəsir.  
"Bu günə qədər yaşamış, gəlmiş-keçmiş hər canlı növünün bütün xüsusiyyətləri məlumat olaraq DNT-yə yüklənsə, cəmi DNT həcmi bir çay qaşığının ancaq kiçik bir qismini doldurardı. Bundan əlavə, geriyə bu ana qədər yazılmış bütün kitabları saxlaya biləcək qədər boşluq qalardı. (Denton Michael, “A Theory en Crisis”, səh. 334)
Zərrələr, gözə dəyməyən dəyərlər üzərindən VARLIQ ehkamının sükanı əldə bulundurmaq missiyasının ezoterik təlatümlərlə həyati meyarımıza kəfən biçmək, şəbihi çıxarmaq da buna deyirlər yəqin. 
Bu İblis hegemoniyasının növbəti və ən qorxunc tufanıdır. Sunamisidir. Dərk etdiyimiz qiyamətdən betər qiyamətidir. İblis, sürəkli olaraq oyunu oynamağı, oyun dəyişməyi, oyunun yeni qaydalarını tətbiq etməyi, heç gözləmədiyiniz məqamda, gözləmədiyiniz şəkildə, formada, yöntəmdə  məmnunluqla icra etməyə yönəlik xislətini işə salmağa başlamasından xəbər verir. Böyləcə, insan, insanlıq, bəşəriyyət və onun insiyyativi məmnun şizofrenliyinin qədəməli təlqinləriylə anba an İBLİSİN hegemonluğuna, tam olaraq üsul - idarəsində sürdürülməkdədir. Xeyrin gücü sanki bəkləmə, gözləmə mövqeyindədir. Belə bir qorxunc, qiyamət mahiyyətli oyuna, ssenariyə seyrçi qalmaq nə qədər davam edəcəkdir? Belə gedərsə, xeyir anlayışıyla birgə xeyri təmsil edən gücün mahiyyəti də şüuraltımızda da itməli olacaq. Ancaq bu dünya təkcə İblisin və onu təmsil edənlərin dünyası deyil. Əzəldən xeyri təmsil edən axın - axın insan nəsilləri bu günə kimi  Allahın varlığı, birliyi, hər şeyin onun kontrolu altında cərəyan etməsi konusunda sonsuz, dərin inanca sahib olmuşlar və sahibdirlər. GÖRÜNƏN o ki, İnsanın DNT-sində min bir oyundan çıxanlar, Sonsuz Yaradıcı gücün varlığını və ONUN, Allahın da planlarının olduğunu heç vaxt nəzərə almadılar, almırlar da.
Bu gün, İnsan, insanlıq tam bir işğal altındadır. Tarix boyunca bəşəriyyət, yaradılanlar bu şəkildə, bundan betər kölə və qul kimliyinə məğlub olmamışdır. Ən dəhşətlisi odur ki, oxumuş, elm sahibi olan kəsim, hələ də bu gedişatı xoş qarşılayır, yeri gələndə təbliğ edir, olacaqlardan bilmərrə xəbərsiz kimi tavrlarını sərgiləməkdən çəkinmirlər. Deyirsən ki, Allahın insanda, insanlıqda yaratdığı cövhəri dağıdıb yox etmək, yer üzündən insan nəslini bitirmək istəyirlər, az qala adamı məsxərəyə qoyurlar. Özlərini Allah elan edən, İnsanlığın kimliyinə daxil olmuş Allahı qaldırıb yerinə özlərini, "500 milyon allahı" qoymaq niyyətindən vaz keçməyənlər, guya  ssenarilərini öz kəşfləriylə davam etdirərək yerdən kənar bir planetdə məskunlaşacaqları sinsi planlarını gizlətmirlər. İnsanların beyin xəritəsinə, DNT-sinə kimi çıxarıb, məskunlaşacaqları planetə gedəcək, yenidən insanlığı bitirdikləri dünyaya qayıdıb istədiklərinin avatarını yaradacaqlarmış. Düzdür, bu sözlər, fikirlər adama olduqca gülünc gəlir. İndiyə kimi yaşadıqlarımız, bizə yaşatdıqlarını nəzərə alsaq, "birdən iddia etdikləri tezliklə gerçəkləşə, bəs onda nə olacaq, nə etməliyik?", kimi suallar da düşünən beyinləri sakit buraxmır. Məsələ bundan ibarətdir ki, Allaha güvənmək, ona inanmaq, xeyr güclərini təmsil edənlərin həm də çalışqan, mübariz, oyaq, şərə qarşı bütün gücüylə dirəniş göstərmələri ilə anlaşılandır. 
Bu zəbt olunan ərazilər torpaqlar, şəhərlər, yurdlar, ölkələr deyil, bu məsumca və gülə-gülə, hırıldaya-hırıldaya poz verərərək yeni İŞĞAL, QƏSB səriştəsini işə salanlar, indi bizzat insanı, insanlığı, dünyadakı varlığı "kəmali- ədəblə" İŞĞAL etdiklərini bəyan edirlər. Necə derlər, "Mövlam görəlim neylər, neylərsə, GÖZƏL eylər." Allahınızı, özünüzü qoruyun.
 
Xanəmir Telmanoğlu








Redaktorun seçimi