AzTU əməkdaşları Vətən müharibəsində şəhid olan məzunların ailələrini ziyarət edib

Hit: 340
AzTU əməkdaşları Vətən müharibəsində şəhid olan məzunların ailələrini ziyarət edib
Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşları universitetin 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan məzunları – Rauf Əliyev, İmran Əliyev və Murad Məmmədovun ailələrini ziyarət edib.
 
Şəhidlərin ailə üzvləri ilə görüş zamanı onların tələbəlik illərindəki xatirələrindən söhbət açılıb, vətənpərvərlik hisslərinin yüksək olması xüsusi vurğulanıb. Bildirilib ki, AzTU-da şəhid tələbə və məzunların xatirəsi hər zaman ehtiramla yad edilir və bundan sonra da belə davam edəcək. Şəhid tələbə və məzunların xatirəsinin əbədiləşdirilməsi, onların gələcək nəsillərə tanıdılması üçün universitetdə tələbələr arasında mütəmadi olaraq maarifləndirmə işlərinin aparılması da diqqətə çatdırılıb.
 
AzTU-nun tələbə və məzunlarının torpaqlarımızın azad olunması uğrunda aparılan bütün döyüşlərdə ön sıralarda xidmət etdiyi xüsusi olaraq vurğulanıb. 
 
Qeyd edək ki, 44 günlük Vətən müharibəsində AzTU-nun tələbə və məzunları arasından 36 nəfər şəhidlik zirvəsinə ucalıb.
 
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
 
Şəhidlərimizin ruhu qarşısında baş əyirik!








Redaktorun seçimi