Bakıdakı bütün vəkil qurumlarında xüsusi konteynerlər quraşdırılacaq

Hit: 616
Bakıdakı bütün vəkil qurumlarında xüsusi konteynerlər quraşdırılacaq
Məlum olduğu kimi, kağız gündəlik həyatımızda ən çox istifadə olunan əmtəə məhsullarından biridir. Statistikaya əsasən, 1 ton ofis kağızının istehsalı üçün ən azı 10 ağac kəsilməlidir.
 
Vəkillər Kollegiyasından Faktor.az-a verilən məlumata görə, öncəki illərdə də bir çox sosial məsuliyyətlərdə Vəkillər Kollegiyası aktiv iştirak etdiyi kimi, bu məsələdə də cari aydan etibarən kağız tullantılarının qəbulu üçün Bakı şəhərindəki bütün Vəkillər Kollegiyası qurumlarında xüsusi olaraq kiçik konteynerlər quraşdırılacaqdır. Layihə çərçivəsində "Azersun Holding" MMC tərəfindən hər ay kağız tullantıların ünvanlardan xüsusi nəqliyyat vasitələri ilə toplanması da təşkil ediləcək.
 
Konteynerlərin quraşdırılması, ayda 1 dəfədən daha tez kağız tullantılarının toplanılması zərurətinin yarana bilməsi və digər təşkilati məsələlərlə bağlı hər bir vəkil qurumundan məsul bir şəxsin təyin edilməsi və onun əlaqə vasitələri barədə məlumatı [email protected] e-poçt ünvanına göndərmələri xahiş olunur.
 
Layihənin məqsədi kağız israfını azaltmaq və təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdır. Layihə, həmçinin, ətraf mühitin çirklənməsinin qarşısını almaq və tullantıların düzgün idarə olunmasını təşviq etməyi hədəfləyir.
Belə ki, statistikaya əsasən, sözügedən layihə çərçivəsində il ərzində 100 minlərlə ağac məhv edilməkdən qorunmuş olur.
 
Kollegiya digər qurumları da ətraf mühitin mühafizəsi naminə bu kimi layihələrdə aktiv iştirak etməyə dəvət edir.








Redaktorun seçimi