AzTU daha bir Beynəlxalq Konfransa ev sahibliyi edəcək

Hit: 249
AzTU daha bir Beynəlxalq Konfransa ev sahibliyi edəcək
2022-ci ilin 20, 21 və 22 may tarixlərində Azərbaycan Texniki Universitetinin (AzTU) ev sahibliyi ilə Mühəndislikdə Süni İntellekt və Tətbiqi Riyaziyyat üzrə Beynəlxalq Konfrans keçiriləcək.
Konfransın təşkilatçıları AzTU, Mingəçevir Dövlət Universiteti, Qazi Universiteti, Süleyman Demirel Universiteti və İsparta Tətbiqi Elmlər Universitetidir.
Məqsəd süni intellekt üzrə yeniliklər edən mütəxəssislərin ixtiralarını geniş auditoriyaya çatdırmaqdır.
 
Konfransla bağlı bütün məlumatlar, həmçinin qeydiyyat linki icaiame.com
 saytında yerləşdirilib.







Redaktorun seçimi