İNDİ DƏ İNSANLIĞ GÖYLƏRLƏ TƏHDİT EDİRLƏR

KÖLƏLİYİN YENİ VARİANTLARI
“Yeni bir dünya düzəni”nə girəlim deyəndən bu yana, insanlığı bürüyən təlaş, qorxu, şübhə, ümidsizlik sindromu da bir yandan adamın canına oxuyur. “Yeni dünya”, “yeni dünya sistemi”, “yeni insan türü”, “yeni insan düşüncəsi”, “yeni insan təfəkkürü”, bir sözlə lüğət və mahiyyətimizdəki bütün sözlərin önünə bir “yeni “ sözünü əlavə etməklə, çağdaş insanın hansı bunalımlar içərisində çarəsiz buraxıldığını görmək çətin olmazdı. Sözsüz ki, hər hansı bir mərama nail olmaq istəyən “üstün güclər” öncəliklə planlaşdırlmş şəkildə o planının hədəfini ifadə edəcək sözləri, ifadələri, ibarələri, terminləri, düşüncələri, ideyaları dövriyyəyə buraxırlar. Yəni əvvəlcə törədəcəkləri hadisəni ifadə etməyin dilini yaradırlar. İlk sınaq və yoxlama aşaması uğurla keçən insanlıq üzərindəki əməliyyatın ardınca istədikləri addımı atmaq kimlər üçünsə o qədər də narahatlıq yaratmır.
Yer üzündə icad etdikləri min bir silah növüylə, yer altı təkanlarla, sunamilərlə, zəlzələlərlə, bakterioloji silahlarla insanlığı qorxutmaq sanki onlara az gəldiyindən, hərdən yer üzündən qopub başqa aləmlərdən, dünyalardan, planetlərdən gələn təhlükələrlə insanlığı (həm də psixoloji olaraq) yerlə bir edirlər. Bir sözlə, insan, insanlıq adına nə varsa, bu dünyada yox etmək, silmək, izini-tozunu itirməkdən başqa heç bir şey aşılamırlar. Bütün bu söylədikərim isə, ardıcıl olaraq bəşəriyyətin varlığına, şüuraltına pompalanır. Yer üzündəki qorxunc oyunlardan bir anda fikirləri, düşüncələri göy üzünə yönəldirlər. Başqa dünyalardan gəlib insanlığın sonuna çıxacaq digər canlılardan söhbət açır, xəbərlər yayırlar. İndi isə yanvarın 18-də Amerikanın Nyu -Yorq şəhərindəki Empire State binasının ikiqat böyüklüyündə 1994PC1 ( Asteroidin dünyaya en son bu qədər 1933-cü ildə yaxınlaşmışdı. İlk dəfə 1994-cü ildə kəşf edildiyi üçün 1994PC1 adını almışdır: -x.t.) adı verdikləri astreodin Dünyanın yaxınından keçəcəyi xəbərini dövriyyəyə buraxdılar. Bu xəbər əslində hər kəsin ağlına “Dont Looq Up” filmini gətirdi.
İki astronovatın dünyaya çarpılacaq quyruqlu ulduz haqqında mediya vasitəsi ilə insanları xəbərdar etməyə çalışmasını anlatdığı filmdə heç kim alimləri eşitmir və deyilənlər gerçəkləşir. Bu filmin gündəmdə olduğu vaxtda NASSA əsl təhlükə olaraq, qiymətləndirdiyi bir astreodlə bağlı xəbərdarlıq mesajını verdi. Hesablamalara və aparılan müşahidələrə əsasən bildirilir ki, haqqında danışılan astreoit dünyanın yaxınlığından saatda 70 min kilimetr sürətlə keçəcəyi gözlənilir. Göy daşının dünyadan ən yaxın keçişi saat 21.51-də müşahidə ediləcəyi bildirilir.
Deyəsən “üst ağıl sahibləri” dərk ediblər ki, dünyada insanlığı bitirmək, yerdəki vasitələrlə tam mümkün olan məsələyə oxşamır. Ona görə də, bir zamanlar dinlərin, Allahların, inancların, qorxuların məskəni olan göy üzünə doğru yönəldilər. Əslində göy daşıyla bağlı uyarıcı xəbərdən alınan məsajın məğzində elə bu insanlığı bitirmə, yox etmə planının gizlinləri yatır. Bəli, insanoğlu milyon illərdir yaşadığı, məskunlaşdığı yer kürəsindən nə qədər təhlükə gözləsə də, o qədər də qorxuya, əndişəyə qapılmır. Çünki azdan - çoxdan bu yer kürəsi onununla pis - yaxşı doğmalaşıb, onu tanıyıb. Bu isinişmənin gətirdiyi arxeyinlik, özünəgüvən duyğusu hər halda nəzərdə tutulan lahiyələrin gerçəkləşməsində əngəl faktorlardan biridir. İnsanlar yaradılışdan bu yana bütün qorxu-hürkülərini yalnız göylə bağlayıblar, göydən gözləyiblər. İnsanlıq öz məhvini də göydən gözləyib, öz qurtuluşunu da göylə bağlayıb. İnsanlıq hətta bu anlayışa dərin şəkildə bağlanıb ki, bu dünyanın ötəsində dünyalar mövcuddu. Bu mövcud olan dünyalarda onların nə vaxtsa izləri qalıb, yaşamları mümüknü olub. Zəlzələdən və ya vəlvələdən sonralar bu dünyaya təşrif gətirsə də, onun bu dünyanın xaricində bağlanacağı, arxeyin olacağı, güvənəcəyi məskənlər, yurtlar, planetlər vardır. Hərdən göylərdən qorxunc təhlükələr gözləniləndə, şüuraltındakı təlqinlər işə düşərək, mahiyyət etibarı ilə onun güvəndiyi, hiss etdiyi ötə aləmlərin birindən yer kürəsinə doğru qəzəbin yönəldiyini anlayır. Təbii ki, dində bu anlayışlar öz sistemiylə fərqli mahiyyət kəsb edir. Mən sadəcə olaraq, insan və insanlığın şüuraltındakı gerçək sipdomlarının verilərindən və ötürdüyü siqnalların təmayüllərindən bəhs edirəm. Bir sözlə, göylərlə bağlı hər hansı bir xəbər, özəlliklə yerindən qopub gələn göy daşıyla bağlı bir xəbər insanların varlığını, düşüncəsini, şüurunu allaq-bullaq edir. Əgər o göy daşı deyilən astreoit birdən dünyamıza çarpsa, “nələr olar”, “necə olar”, “nə baş verər”, kimi sualların qarşısında əlacsız qalmaqla, mahiyyətinə təslimiyyətçilik sindiromunu oturdur. Bu şəkildə təslimiyyətçi ruhaniyyətdən təslimiyyətçi şüura yiyələnən insanoğluna, milyonlara bu yer kürəsində haqqında danışdığımız “ÜST AĞIL YETGİLİLƏRİ” ( hansı ki, dünyanı qarışdıran və bundan maraq güdənlərin onlar olduğu təxmin edilir:-x.t.) elə bu şəkildə də köləliyi yeritməkdən, qəbul etdirməkdən böyük zövq alır. Əgər bu olumsuz, qorxunc hadisələr bir - birinin ardınca baş verməsəydi, təbii ki o zövqdən danışmazdım. İnsanlığı köləlik sisteminə alışdırmaq, bu düzəndə yaşatmaq üçün olduqca asan üsullardan, yöntəm və gedişatlardan istifadə edənlər, sonda köləliyi dünyaya hakim qılacaqlarında israrlı görünürlər. Bu yazını yazmaqda məqsədim o deyil ki, biz də bu köləliyə boyun əyək, təslimiyyətçi ruhumuzla yaşayaq, əsla. İstəyirəm özüm qarışıq hər kəsə bəyan edəm ki, şərə xidmət edən, şəri yaradanlar da bizimlə eyni dünyada yaşayan insanlardır. Nəyə görə bir ovuc insan şərlə istədiyinə nail ola bilir, bu qədər insan yer üzündə Xeyri dünyaya hakim qıla bilmir. Elə bəla bəla ardınca, fəlakət fəlakət ardınca dünyanı, insanlığı qarsıb qovurur. Məncə, bunun bir səbəbi vardır: şərin təmsilçiləri öz inancları üzərində dəqiqdirlər, öz yollarından sapmırlar, ancaq xeyrin təmsilçiləri öz inancları üzərində kəsin inanca sahib deyillər, yollarından sapırlar. Ona görə də, belə bir cümlə işlətməyin heç bir qəbahəti yoxdur: bu dünyada xeyri də, bütün dinləri də, inancları da, sistemləri də idarə edən, yönəldən Şərin təmsilçiləri olmasaydı, bu gün bu dünyanı üz - üzə durduğumuz vəziyyətə gətirib çıxarmazdıq.
**
İnsanlar hər zaman ümidlərini göy üzünə, onun dərinliyinə, sonsuzluğuna dikiblər. Bütün xəyallarını, fantaziyalarını da göylərlə bağlı qurublar. Çünki qədimdən insanlar toxumunun göylərdən gəldiyinə inanırdı. Bu fikiri, qənaəti dünya xalqlarının miflərindən, əfsanələrindən, nağıll və dastanlarından görmək mümkündür. Yeni çağın təlqinləri insanları kölələşdirmək prinsipiylə strateji uyğulamaqla məşğul olduğunu açıq şəkildə göstərir. Məsələ ondadır ki, bu köləliyin bütün təbəddülatlarını sanki göydən yönəldirlər. Üstəlik, yerdə təşkil edib ərsəyə gətirdikləri silahlardan tutmuş bütün bəlalara kimi nə varsa, hamısını insanı kölə durumuna salmaq üçün yenidən göyə qaldırıb, göy vasitəsi ilə insana, insanlığın faciəsinə istiqamətləndirirlər. Düzdür, əzələdən göylər ilahi qüdrətin məkanı olaraq nitələndilirilib, insanlıq tərəfindən metafizik qutsallıq anlayışla mənalandırılıb. Bu da o deməkdir ki, göylər insanlığa yalnız rəhmət və azadlıq göndərəndir. Göylər insanın adı çəkilən yerdə azadlıq ola - ola, köləlik göndərməz, bütlər, şəxsiyyətlər, maddiyyatlar qarşısında qulluq vəd etməz.
Ona görə də insan oğlu heç vaxt ümidlərini itirməməli, heç nədən qorxmamalı, yerin də, göyün də sahibi olan Allahdan başqa heç nəyə bağlanmamalıdır.
Xanəmir Telmanoğlu


