Bu cümlələri hər səhər oxuyun

Hit: 479
Bu cümlələri hər səhər oxuyun
Gec verilmiş düzgün qərar artıq yanlış qərardır.
 
Uğurun formulası: hamı yatanda sən öyrən; hamı avaralananda sən işlə; hamı oynayanda sən hazırlaş.
 
Tez zamanda əməklərinin qarşılığını almaq istəyənlər pinəçi olsun.
 
Hər zaman ən çətin yolu seçin, orda rəqibiniz olmayacaq.
 
Əgər təhsilin bahalı olduğunu düşünürsünüzsə cəhalətin qiymətini öyrənməyə çalışın.
 
Əgər yeganə məqsədiniz zəngin olmaqdırsa, bu heç vaxt baş tutmayacaq.
 
İnsanlar zəngin olmaq istəmir, insanlar başqalarından daha zəngin olmaq istəyir.
 
Mənə işlədiyini demə, nə qazandığını göstər.
 
İşini yaxşı bilən insanları işə götürüb onlara necə işləyəcəklərini deməyin, icazə verin onlar sizə işin necə görülməli olduğunu göstərsin.
 
Bəllidir ki, işin 80%-ni cəmi 20% insan icra edir. Bu yaxınlarda məlum olub ki, 80% insan o 20%-in içində olduğunu düşünür.
 
Hər zaman hər şeyi bilən insan yerinə şövqlə çalışan insanı seçin.
 
Məqsədiniz nə olursa-olsun yalnız əmək sərf etdiyiniz təqdirdə onu əldə edə biləcəksiniz.
 
Bazar iqtisadiyyatı stabil deyil, özünüzə yatırım edin.
 
İnsanlara lazım olmayan əşyaları, əllərində olmayan pulla, nəyə sahib olub-olmadıqlarını vecinə almayan insanlara özünü göstərmək üçün onlara satmaq zamanımızın ən məşhur dələduzluq formasıdır.
 
Təranə PAŞAYEVA
Psixologiya üzrə fəlsəfə doktoru

 







Redaktorun seçimi