SDGT “Gənclər və Media savadlılığı” layihəsinə start verdi

Hit: 369
SDGT “Gənclər və Media savadlılığı” layihəsinə start verdi
“Sağlam Düşüncə” Gənclər Təşkilatı “Gənclər və Media savadlılığı” layihəsinə start verib. 
 
Layihənin əsas məqsədi gənclərin öz media savadlılığı və tənqidi düşüncə bacarıqlarını inkişaf etdirməsinə imkan yaratmaqdır. Bununla yanaşı, layihə cəmiyyətimizdə vətəndaş fəallığını və bərabərliyi təbliğ etməyə, eləcə də, gənclərə ayrı-seçkiliyə yol verməməyin vacibliyini təşviq etməyə yönəlib. 
 
Bu məqsədlə 29 yanvar - 3 fevral tarixlərində Bakı şəhərində 6 günlük təlim kursu təşkil olunacaq. Təlim kursu interaktiv formatda media ekspertləri, gənclərlə qarşılıqlı çalışan mütəxəssislər və bir qrup gənc tərəfindən idarə olunacaq. 
 
Layihə media və jurnalistika ilə maraqlanan, Azərbaycanda və Avropada media savadlılığı haqqında öz bilik və bacarıqlarını inkişaf etdirmək istəyən, saxta və yalan xəbərləri aşkar etmək və ona qarşı mübarizə aparmağı öyrənmək arzusunda olan 18-30 yaş arası gənclər üçün nəzərdə tutulub. 
 
Layihədə iştirak etmək üçün aşağıdakı linkə daxil olub ərizə formasını doldura bilərsiniz:
 
https://forms.gle/8tN6FaAHEEGomr72A. 
 
Müraciət etmək üçün son tarix 15 yanvar, 23:59-dur. 
 
Qeyd edək ki, “Gənclər və Media savadlılığı” layihəsi Avropa Şurası Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirilir. Layihə 2021-ci ildə fondun elan etdiyi “Pilot” fəaliyyət üzrə qrant müsabiqəsinin qalibi seçilib.







Redaktorun seçimi