Nuran Abdullayevin həmmüəllifi olduğu elmi tədqiqat nüfuzlu jurnalda çap edilib

Hit: 351
Nuran Abdullayevin həmmüəllifi olduğu elmi tədqiqat nüfuzlu jurnalda çap edilib
Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, Almaniya Azərbaycanlıları Alyansının (AAA) İdarə Heyətinin sədr müavini Nuran Abdullayevin işemik beyin insultu keçirən xəstələrlə bağlı həmmüəllifi olduğu elmi araşdırma nüfuzlu elmi jurnalda çap edilib.
 
Faktor.az xəbər verir ki, elmi tədqiqat dünyanın aparıcı yeddi elmi cəmiyyətinin rəsmi jurnalı olan "Journal of Neurolnterventional Surgery"də (Impact Factor: 5.836) çap edilib. https://jnis.bmj.com/content/early/2021/12/15/neurintsurg-2021-017935.long
 
Azərbaycanlı alimin çalışdığı institut üzrə baş koordinatoru olduğu tədqiqatda insult xəstələrinin müalicəsində beyin damarlarında icra olunan əməliyyat üçün fərqli damar yolunun seçilməsindən bəhs edilir. Belə ki, elmi tədqiqatda giriş yolu üçün qasıqdan deyil, bir başa boğazdan keçən və beyni qidalandıran damarın seçilməsindən söhbət gedir və nəticələr elmi və statistik formada incələnir.
 
Azərbaycanlı həkimin həmmüəllifi olduğu elmi tədqiqatın ərsəyə gəlməsində eyni zamanda komanda olaraq isveçrəli və Avropanın müxtəlif inkişaf etmiş ölkələrindən olan dünyaca məşhur alimlər iştirak ediblər. Onlar tədqiqatın ərsəyə gəlməsi üçün Avropanın 45 ən nüfuzlu insult mərkəzlərindən toplam olaraq 28149 beyin əməliyyatlarını incələyiblər.
 
Qeyd edək ki, N.Abdullayevin bir azərbaycanlı olaraq bu cür beynəlxalq elmi komandada çalışdığı institut üzrə baş koordinator kimi yer alması Azərbaycanın beynəlxalq elmi arenada layiqli təmsilinin bariz nümunəsidir.







Redaktorun seçimi