Millət vəkili yazar, həkim Məlahət Hümmətqızı ilə görüşüb

Hit: 373
Millət vəkili yazar, həkim Məlahət Hümmətqızı ilə görüşüb
Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva yeni nəsil yazarı, həkim Məlahət Hümmətqızı ilə görüşüb.
 
M.Hümmətqızı Komitə sədrinə yaradıcı fəaliyyəti, Vətən Müharibəsi dövründə və postmüharibə vaxtı həkim kimi gördüyü işlər haqqında məlumat verib, öz duyğu və düşüncələrini topladığı “Ağ libaslı mələk” kitabını kitabını ona bağışlayıb.
 
Komitə sədri M.Hümmətqızının yazar və həkim kimi fəaliyyəti ilə tanışlıqdan məmnun olduğunu bildirib, iki humanitar sahəni qoşa qanad kimi daşımaqda ona uğurlar diləyib.
Q.Paşayeva M.Hümmətqızına Qarabağ motivli xatirə hədiyyəsi təqdim edib.
 
Görüşdə “NƏFƏS” İB sədri Firəngiz Balakişiyeva iştirak edib və həkim, yazar M. Hümmətqızını təbrik edərək ona daha da böyük uğurlar diləyib.







Redaktorun seçimi