Baharı təmiz hava ilə qarşılayaq - FOTOLAR

"Hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir. Əgər kimsə sağlam ağacı kəsirsə, o, nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o, öz ailəsinə, özü-özünə xəyanət edir" - bu fikirlər ulu Öndər Heydər Əliyevə məxsusdur.
Günlük oksigen ehtiyacımızın tənzimlənməsi üçün bizim ağaclara böyük ehtiyacımız var. Bunun üçün ağacəkmə tədbirlərinin həyata keçirilməsi bəyənilən haldır və hər kəsə də ağac əkmədə iştirak etməyi tövsiyə edirəm.
Çünki, əkdiyimiz hər bir ağac gələcək üçün nəfəsdir, həyatdır. Həyatınızın oksigenli, təmiz olması üçün siz də ağac əkin! Hər kəs öz həyətini, bağ-bağçasını gözəlləşdirə bilər. Baharı təmiz hava ilə qarşılayaq.
1 gün içində 10 ədəd palıd, 300 ədəd şam ağacı əkildi.
Tədbirdə əməyi keçən hər kəsə öz təşəkkürümü bildirirəm.
#ağacəkin_yaşadın
Hörmətlə, Aslan Abbaszadə


