Hamımız sevincimizdən ağlayırdıq

Hit: 515
Hamımız sevincimizdən ağlayırdıq
Kliniki Tibbi Mərkəzin “Zəfər həkimlərimiz” rubrikası davam edir
 
Rubrikamızın növbəti qonağı Kliniki Tibbi Mərkəzin tibb bacısı Sevinc Paşayevadır.
 
S.Paşayeva Vətən müharibəsi günlərini belə xatırlayır:
 
“Müharibənin başladığını eşidən gündən ora getmək, kömək etmək arzusunda idim. Bir müddət sonra axır ki, istəyim reallaşdı. Oktyabrın 7-si yola düşdüm. Çatdığımız gündən sonra 48 saat heç oturmağa imkan tapmadıq. Özümüz oturmaq, yatmaq da istəmirdik. Yorulsaq da bizim üçün hər saniyənin öz önəmi var idi. Çünki hər an bir əsgərin həyatını xilas edə bilərdik.
 
Əsgərlərimiz arasında ağır yaralananlar var idi ki, onlara kömək etməyə belə qoymurdular. Deyirdilər ki, biz qayıtmalıyıq, bizi qaytarın. Onların qarşısını güclə alır, güclə yatağa uzadırdıq.
 
Müharibənin qurtardığını əməliyyatda olarkən eşitdik. Hamımız sevincimizdən ağlayırdıq. Həmin günlər həyatımın unudulmaz anlarına çevrilib. Elə anlardır ki, onları unutmaq mümkün deyil”.







Redaktorun seçimi