Bakı 5 saylı Mediasiya Təşkilatına üzv olan mediatorlarla görüş keçirildi - FOTOLAR

Hit: 405
Bakı 5 saylı Mediasiya Təşkilatına üzv olan mediatorlarla görüş keçirildi - FOTOLAR
Xəbər verdiyimiz kimi, yanvarın 5-dən etibarən Bakı şəhəri və Abşeron rayonu inzibati ərazi vahidləri üzrə mediator təyin edilməsi barədə Mediasiya Şurasına deyil, mediasiya təşkilatlarına müraciət edilməlidir. Qeydə alınmış 6 mediasiya təşkilatından biri də Bakı 5 saylı Mediasiya Təşkilatıdır.
 
Bakı 5 saylı Mediasiya Təşkilatının mediatorları ilə görüş keçirilib.
 
E-huquq.az xəbər verir ki, korporativ səhər yeməyi formatında təşkil olunan görüşdə təşkilatın dəvəti ilə Mediasiya Şurasının İdarə Heyətinin üzvləri də iştirak ediblər.
 
Təşkilatın rəhbəri Taleh İbrahimov görüşün məqsədi, təşkilatın fəaliyyət istiqamətləri və “Mediasiya haqqında” Qanunun 11-ci maddəsinə uyğun olaraq mediasiya xidmətlərinin marketinqinin aparılması ilə bağlı təşkilatın yol xəritəsi barədə məlumat verib.
 
Daha sonra təşkilata üzv olan mediatorlarla tanışlıq olub. Mediatorlar təcrübələrini bölüşüb, mediasiya prosesində rastlaşdıqları məqamlar barədə müzakirələr aparıblar.
 
Sonda Mediasiya Şurası İdarə Heyətinin üzvləri Sima Yaqubova və Əli Nəbiyev təşkilatın mediatorlarına tövsiyələrini bildirib və onlara fəaliyyətlərində uğurlar arzulayıblar.
 
Qeyd edək ki, vətəndaşlar mediasiya ilə bağlı Bakı 5 saylı Mediasiya Təşkilatına müraciət edə bilərlər.
 
Ünvan: Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 10 E, 6-7 mərtəbələr, 601-603 otaqlar və 704-706 otaqlar.
 
Telefonlar: 012-464-17-23; 050-396-00-17; 055-396-00-17; 077-396-00-17; 070-249-67-78
 
Elektron poçt ünvanı: [email protected]; [email protected]
 
1
1
1
1
1
1
1
1







Redaktorun seçimi