Qazaxstanın Turan problemi - Xanəmir Telmanoğlu yazır

Hit: 240
Qazaxstanın Turan problemi - Xanəmir Telmanoğlu yazır

ƏNVƏR PAŞA QAZAXSTANDADIR

Günlərdir qardaş Qazax xalqının başlatdığı mitinqlər davam edir. İlkin olaraq sossial problemlərlə başlayan, başladılan bu xalq hərəkatının ardında anlayanlar dəqiq bilir ki, bu iğtişaşlar başqa bir məsələlərin varlığından xəbər verir. 
 
Hadisələr başlayandan bu yana hər kəs olmuyan səbəbləri göstərdi. Hətta ərəb dünyasının ardınca türk dünyasının da “baharının” başladılması səbəbi bir kanıt olaraq göstərildi. Qardaş Qazaxstanda baş verənlərlə bağlı səbəb olaraq çox şeylər saya bilərsiniz. Ölkənin 70 faizini təşkil edən qazaxlar milli oyanışın tam astanasından ötə, yeni yapılanan dünya düzənində olduqca aktiv rol oynayırlar. Bölgəylə, xalqa, tarixlə bağlı məlumatsız, bir sözlə işin mahiyyətindən xəbərsiz olanlar bu gedişatda olub - bitənlərdən bir şey anlamazlar. Bəri başdan onu qeyd edim ki, mən şəxsən bu gün Qazaxstanda baş verən hadisələrin bu şəkildə cərəyan etməsindən əndişə etmirəm. Sadəcə xəsarət alanlara şəfa, şəhid olanlara isə Allahdan rəhmət diləyirəm. Yəni ki, qazaxlar işi bu yerə gətirmək üçün, indiyə kimi boş durmadılar, sakit oturmadılar, rejimin qorxusundan böyük yoldakı davalarından heç də vaz keçmədilər.Türk dövlətlərinin birlik konsepsiyasının gerçək müəllifi qazax xalqı və Nursultan Nazarbayev deyilmi? Bu sizə asan gəlməsin, dostlar. Türk dövlətlərinin birliyinə gedən yolda Qazax qardaşlarımızın ilkin və önəmli rolu göz ardı edilə bilməz. Törədilən cinayətlər, axıdılan qanlar qazaq xalqının aktivləşən ideoloji intusiyasınının qarşısını almaqdan, millətin ümidlərini puç etməkdən başqa bir şey ola bilməzdi. Bu gedişatı:  TDT- larının (TÜRK DÖVLƏTLƏRİ TƏŞKİLATI) başlatdığı və bəlli bir yerə qədər gələn sürəcini durdurmaq istəyənlər, olanların reallığını gələcək baxımından hesablayıb çılğına dönənlər, başını itirənlər azmı məyər? Sizcə, Rusiya, Turan dövlətinin qurulmasını istəyərmi, istəyərmi? Uzağa getmirəm, Belarusiya, Ermənistan, İran ən yaxın qonşular olaraq, eləcə də Çin, bu başlamış ideoloji yapılanmanın qocaman bir cinara dönüşmsini istəyərlərmi, sizcə? Elə isə bu dövlətlərin gizli servislərinin bir araya gəlib qaynatdıqları bu qazanın içində bişən yeməyin adınının nə olduğuny bilməyə nə var ki? Abdalmısınız, dəlimisiniz? Baş verənlərin gerçək səbəbini başqa yerdə və başqa məsələlərdə aramaq oluşacaq düşüncələri lazımi zəmindən uzaqlaşdlrmaqdan başqa bir işə yaramaz.
Ağzımızda deyirik ki, ortalıqda dev bir DÖVLƏT qurulur. Bu qurulacaq dövlətin coğrafiya və sistem baxımından tarix boyunca eşi, bənzəri olmayıb və olmayacaq. Bu iş mütləq baş tutacaq. Çünki, bu  MİFİN GERÇƏKƏYƏ DÖNÜŞÜMÜNÜ BU ETNOSDAN, ÜMMƏTDƏN, XEYİR QÜVVƏLƏRİNDƏN DAHA ÇOX, GÖYLƏR İSTƏYİR.İbn Xəldunun dediyi kimi,  COĞRAFİYA BİR TALE MƏSƏLƏSİ OLDUĞU KİMİ, DÖVLƏT, özəlliklə bu yeni qurulub mövcudluğu elan ediləcək DEV BİR DÖVLƏTİN varlığı, həqiqətən də, QƏDƏR işidir deyə bilərik. Yenə deyirəm, ortalıqda dünyada bənzəri olmayan, olmayacaq bir dövlət qurulur. Bu qurulacaq dövlətin strateji seçim olaraq öncüllüyünü qazax qardaşlarımızın başlatmasının heç də təsadüf olmamasını anlamağımız gərəkir. Üstəlik, bu qutsal yapının, əsərin, konsturksiyanın yazılı müəllufi qazax xalqının böyük oğlu Nursultan Nazarbayevdir. Anladıqlarımdan və bildiklərimdən yola çıxaraq deyə bilərəm ki, bu dünyada çoxları öz kürsüsünü düşünəndə, yığdıqlarını harda gizləyəcəyini fikirləşəndə, Nursultan Nazarbayev 15 il öncə varını- yoxunu TURAN BİRLİYİNƏ VARILAN yola xərclədi. Üstəlik, ürəyi soyumadı, bu qutsal ideoloji doktrinanın bütün bəndlərini ecazkar və konkret şəkildə qələmə aldı. Belə də haqqı - sayı olaraq, o uca kürsüdə, o gözəl toplantıda TURAN DÖVLƏTİNİN bəribaşdan ağsaqqalı elan edildi.
 
Qazaq xalqı qəhrəman xalqdır. Yerləşdiyi coğrafiya strateji baxımdan olduqca çox önəmlidir. Bulunduğu ərazilərin neft, qaz yataqları baxımından misilsiz əhəmiyyətini bilməmiş deyilsiniz. Ola bilsin ki, baş vermiş iğtişaşların xarici güclərin yerli iqtisadiyyata göz dikmək, yaxut bu xalqın yeraltı sərvətlərini bölüşdürmək kimi ehtirasları belə bir vəziyyətin şəkil almasına imza atmışdır. Minlərlə səbəb göstərə bilərsiniz və bu gün baxımından gördüklərinizə nəzərən haqlı hesab edilələrsiniz. Ancaq ayının yüz oyunu bir armudun başında (üstündə) olduğunu kimsə də unutmuş deyil.
Mən Qazax qardaşlarımızın bu gün belə bir duruma düşmələrindən, qarşıdurmalara sövq etdirilmələrindən o qədər də narahat deyiləm. Çünki oradakı kontrol kimin orda olub olmamasından asılı olmayaraq, bütünlüklə TÜRKİYƏNİN əlindədir. Doğrudanmı hesab edirsiniz, TÜRKİYƏ oralarda yoxdur? Bu gün bu gündür. Bu gün Ənvər Paşamız ordadır, Qazaxstanda, dostlar. Heç bir hadisə, heç bir olay TÜRK DÖVLƏTLƏRİ BİRLİYİNİN əleyhinə işləmir, işləyə bilmir - metasofi konseptuallığı müstəvisində dərk etməyimizi unutmamalıyıq.
 
Xanəmir Telmanoğlu
 







Redaktorun seçimi