“Beynəlxalq Əlillər günü”nə həsr olunmuş tədbir

Hit: 377
“Beynəlxalq Əlillər günü”nə həsr olunmuş tədbir
03 dekabr 2021 – ci il tarixində Sabirabad Regional Mədəniyyət İdarəsinin dəstəyi və  Sabirabad şəhər Ü.Hacıbəyli adına Uşaq Musiqi məktəbinin təşkilatçılığı ilə “Beynəlxalq Əlillər günü”nə həsr olunmuş tədbir keçirilmişdir.
 
Tədbirdə Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə və Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Ruhəngiz Əliyeva çıxış edərək, əlillərin və sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiyasının təmin olunmasının,  eləcə də problemlərinin həll olunmasının sağlam insanların qarşısında duran ən vacib məsələ olduğundan söhbət açmışlar.
Daha sonra “Beynəlxalq əlillər Gününə” həsr olunmuş videoçarx tədbir iştirakçılarına təqdim olunmuşdur. 
Tədbirin bədii hissəsində Sabirabad şəhər Uşaq Musiqi məktəbinin şagirdlərinin ifasında müxtəlif musiqi və rəqs nümunələri nümayiş olunmuşdur.
Tədbirin davamında  müxtəlif cizgi film personajları uşaqları əyləndirən rəngarəng çıxışlar etmişlər.
 
Sonda uşaqlara  hədiyyələr təqdim olunmuşdur.








Redaktorun seçimi