Yerli dini icmaların iştirakı ilə sürətli gender qiymətləndirməsi həyata keçirilir

Hit: 785
Yerli dini icmaların iştirakı ilə sürətli gender qiymətləndirməsi həyata keçirilir
Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Əhali Fondu və BMT-nin Qadınlar üzrə Agentliyinin birgə həyata keçirdiyi “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Gender stereotipləri və gender əsaslı zorakılığa qarşı” regional proqramı çərçivəsində cəmiyyətdə mövcud olan gender stereotipləri və ayrı-seçkiliyinin qarşısının alınmasına yönəlmiş fəaliyyətlərdə dini icma nümayəndələrinin iştirakını gücləndirmək üçün gender-transformativ bacarıqların artırılması məqsədi daşıyan layihənin icrasına başlanılıb. 
“Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi tərəfindən icra edilən layihə çərçivəsində Azərbaycanda ilk dəfə olaraq gender bərabərsizlikləri ilə mübarizədə dini icmaların rolunun artırılmasını nəzərdə tutan sürətli gender qiymətləndirilməsi həyata keçirilir. 
 
Bakı-Abşeron və Quba-Xaçmaz bölgələrində fəaliyyət göstərən dini icma nümayəndələri və məscid imamlarını əhatə edən qiymətləndirmə 40 nəfər arasında aparılan keyfiyyət sorğusunun nəticələrinə görə tədqiq olunacaq. Tədqiqatın sonunda sürətli qiymətləndirmənin nəticələri layihə tərəfdaşlarının iştirakı ilə birlikdə dəyirmi masada müzakirə olunaraq ictimaiyyətə təqdim ediləcək.
 
Proqram haqqında:
Bu təşəbbüs Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, BMT-nin Qadınlar üzrə Agentliyi (UN Women) və BMT-nin Əhali Fondu (UNFPA) tərəfindən birgə həyata keçirilən “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində icra edilir. Proqram ailədə və cəmiyyətdə kişi və qadın rollarına dair stereotiplərə meydan oxuyaraq və gender əsaslı zorakılığın aradan qaldırılması istiqamətində fəaliyyət göstərərək qadınlar və kişilər üçün bərabər hüquq və imkanları gücləndirməyi hədəfləyir. Proqram regional səviyyədə altı ölkədə – Gürcüstan, Azərbaycan, Ermənistan, Moldova, Belarus və Ukraynada icra olunur.
 








Redaktorun seçimi