Rusiya nümayəndə heyəti ulu öndərin məzarını ziyarət edib - FOTOLAR

Hit: 534
Rusiya nümayəndə heyəti ulu öndərin məzarını ziyarət edib - FOTOLAR
25-27 noyabr 2021-ci il tarixlərində Rusiya Elmlər Akademiyasının (REA) prezidenti, akademik Aleksandr Sergeyevin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdədir.
 
Noyabrın 26-da REA prezidenti, akademik Aleksandr Sergeyev, vitse-prezident, akademik Yuriy Baleqa, prezidentin müşaviri, hüquq elmləri doktoru Rəşad Qurbanov, prezidentin Katibliyinin rəisi Valeriya Belyanina və REA-nın Beynəlxalq əlaqələr idarəsinin rəis müavini Olqa Qluxovtsevanın daxil olduğu nümayəndə heyəti Azərbaycan Milli Elmlər Akademiyası rəhbərliyinin nümayəndələri ilə birlikdə Fəxri xiyabanı ziyarət ediblər.
 
Rusiyalı qonaqlar müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
 
Nümayəndə heyəti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini ehtiramla anaraq, məzarı üzərinə gül dəstələri düzüblər.
 
Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri qoyulub.
1
1
1
1
1
1








Redaktorun seçimi