Qaxda polis əməkdaşları məktəblilərlə görüşüblər

Hit: 1114
Qaxda polis əməkdaşları məktəblilərlə görüşüblər
Qax Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 4 saylı tam orta məktəbində “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib. 
 
Şagirdlərlə görüşdə çıxış edən Polis Şöbəsinin rəisi Vidadi Qurbanov narkomaniyanın acı fəsadlarından bəhs edib, eləcə də rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən tədbirlər barədə məktəblilərə geniş məlumat verib. “Ağ ölüm”lə mübarizədə maarifləndirmə işinin aparılmasının vacibliyini qeyd edən polis polkovniki yeniyetmə və gəncləri zərərli vərdişlərdən qorumağın yollarından danışıb.
 
Daha sonra çıxış edənlər sağlamlıq üçün ciddi təhlükə yaradan və cinayətkarlığın artmasına səbəb olan narkomaniyanın ən böyük sosial bəlalardan biri olması barədə ətraflı məlumat veriblər, şagirdləri hər zaman sağlam həyat yaşamağa, asudə vaxtlarından səmərəli istifadə etməyə çağırıblar.
 
Sonda məktəblilərin suallarını cavablandıran polis əməkdaşları onlara dərslərində uğurlar arzulayıblar.








Redaktorun seçimi