AzTU-nun məzunu şəhid Çingiz Qurbanovun doğum günüdür

Hit: 185
AzTU-nun məzunu şəhid Çingiz Qurbanovun doğum günüdür
Azərbaycan Texniki Universitetinin (AzTU) məzunu, Milli Qəhrəman, şəhid Çingiz Qurbanov 1994-cü il noyabrın 24-də Qusarın Həzrə kəndində anadan olub. 2012-ci ildə orta məktəbi bitirən Çingiz Qurbanov elə həmin il AzTU-ya qəbul olunub.  2016-cı ildə universiteti bitirib və hərbi xidmətə yollanıb.
 
Azərbaycan ordusunun əsgəri Çingiz Qurbanov 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhidlik zirvəsinə ucalıb.
 
Çingiz Qurbanovun nəşi Prezident İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm tədbirlər nəticəsində 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb. Bakıda təntənəli vida mərasimi keçirildikdən sonra Çingiz Qurbanov fevralın 6-da doğulduğu Qusar rayonunda dəfn edilib.
 
Fevralın 7-də Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Qurbanova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi barədə Sərəncam  imzalayıb.







Redaktorun seçimi