Qənirə Paşayeva təşkilat rəhbəri ilə görüşüb

Hit: 413
Qənirə Paşayeva təşkilat rəhbəri ilə görüşüb
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva şəhid ailələri və qazilərlə iş sahəsində ixtisaslaşmış bir qrup təşkilat rəhbəri ilə görüşüb.
Görüşdə “Azərbaycan Bayrağı” ordenli polkovnik, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İB-nin sədri Mehdi Mehdiyev, “Tərxis olunmuş Hərbçilərin gəncləri Maarifləndirmə” İB sədri Emin Həsənli, “Xocalı Soyqırımını tanıtma” İB sədri Şamil Sabiroğlu iştirak edib.
 
Görüşdə şəhid ailələri, yaralı qazilərlə bağlı layihələrin dəstəklənməsi, hərbi-vətənpərvərlik mövzusunda sənət əsərlərinin yaradılması mövzusunda fikir mübadiləsi aparılıb.
 
Q.Paşayeva görüş iştirakçılarına Qarabağ motivli xatirə hədiyyəsi təqdim edib.
 
Görüşdə Nəfəs İB-nin sədri Firəngiz Balakişiyeva və RHİM İB sədri Arzu Bağırova iştirak edib.







Redaktorun seçimi