Akademik Tofiq İsmayılovun məzarı ziyarət edilib - FOTOLAR

Hit: 709
Akademik Tofiq İsmayılovun məzarı ziyarət edilib - FOTOLAR
Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin baş direktoru professor Natiq Cavadov və əməkdaşlar 20 noyabr 1991-ci ildə Qarabağda Ermənistan separatçıları tərəfindən vurulmuş helikopter qəzasında şəhid  olmuş  akademik Tofiq İsmayılovun məzarını ziyarət ediblər. 
 
Faktor.az xəbər verir ki, ziyarət iştirakçıları öncə mərhumun məzarı üstünə əklil və gül dəstələri qoyub. Sonra professor Natiq Cavadov akademik Tofiq İsmayılov haqqında öz xatirələrini bölüşüb, onun Azərbaycan elmi və kosmik sənayesi üçün həyata keçirdiyi işlər barədə ətraflı məlumat verib. O, qeyd etdi ki, Milli Aerokosmik Agentliyi Ulu Öndər Heydər Əliyevin dəstəyi və təşəbbüsü  ilə yaradılıb və akademik Tofiq İsmayılovun rəhbərliyi altında böyük nailiyyətlər qazanıb. Bu gün də Milli Aerokosmik Agentliyi öz fəaliyyətini uğurla davam etdirir, kollektiv kosmik  tədqiqatların əhatə məkanın genişləndirilməsi yolunda  var gücü ilə çalışır.
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi