“İrəli” İB şəhid övladları ilə birgə tədbirlər həyata keçirib - FOTOLAR

Hit: 493
“İrəli” İB şəhid övladları ilə birgə tədbirlər həyata keçirib - FOTOLAR
“İrəli” İctimai Birliyi “Hadigro” şirkəti ilə birgə Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhid övladlarının asudə vaxtının səmərəli təşkili istiqamətində bir sıra tədbirlər həyata keçirib.
 
Baş tutmuş tədbirlər çərçivəsində ebru sənəti və rəngkarlıq dərsləri təşkil olunub, şəhidlərimizin yadigarlarına badminton, oxçuluq idman növləri üzrə də məşqlər keçirilib, uşaqlar roketka ilə addımlama, servis və digər əsas qaydalar barədə məlumatlandırılıb, hədəfə fokuslanmağın yolları, yayın və oxun düzgün tutulma qaydalarını mənimsəyiblər. Layihə çərçivəsində İnteraktiv Elm Muzeyinə ekskursiya təşkil olunub.
 
Şəhid övladları ebru sənəti ilə yaxından tanış olub, geniş biliklərə yiyələniblər. Rəngkarlıq dərslərində isə qəhrəmanlarımızın övladları bu sahə üzrə ətraflı məlumatlar alaraq, öyrənilən bilikləri praktiki tapşırıqlarla tətbiq ediblər. İnteraktiv Elm Muzeyinə ekskursiya zamanı muzeyin qurucusu, mühəndis Elçin Abbasov uşaqlara aerodinamika qanunları, səs dalğaları, maddənin spektr şüalanması və digər elmi bilikləri sadə və interaktiv formada izah edib.
 
Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini daim yad etmək hər birimizin borcudur. Təşkilat olaraq əsas vəzifələrimizdən biri də şəhidlərimizin bizə əmanət qoyub getdiyi ailələrini unutmamaq və onların daim yanında olmaqdır. “İrəli” İctimai Birliyi tərəfindən gələcəkdə də bu istiqamətdə tədbirlər həyata keçiriləcək.
1
1
1
1
1
1
1








Redaktorun seçimi