Neftçala rayonunda “Zəfər Yürüşü” keçirilib - FOTOLAR

Hit: 1096
Neftçala rayonunda “Zəfər Yürüşü” keçirilib - FOTOLAR
44 Günlük Vətən müharibəsindəki qələbəmizin bir ilinin tamam olması ilə əlaqədar olaraq Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 44 Günlük Vətən müharibəsində və birinci Qarabağ döyüşləri zamanı şəhid olan şəhidlərin əziz xatirəsinə “Zəfər Yürüşü” keçirilib. 
 
Yürüşdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-nin  məsul şəxsləri, hüquq- mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların məsul şəxsləri, şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları və rayon sakinləri iştirak edib.
 
İlk öncə Ümumilli Lider, Ulu Öndər Heydər Əliyevin Neftçala şəhərində ucaldılan əzəmətli abidəsi ziyarət olunub, ehtiramla yad edilib və önünə gül dəstələri düzülüb.
 
Zəfər Yürüşü şəhərin mərkəzindəki Şəhidlər Abidə Kompleksi ziyarət olunmaqla şəhərin mərkəzi prospektində davam etdirilib.
1
1
1
1
1
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi