Neftçalada “Zəfər Günü” silsilə tədbirləri həyata keçirilir - FOTOLAR

Hit: 448
Neftçalada “Zəfər Günü” silsilə tədbirləri həyata keçirilir - FOTOLAR
2020-ci il sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan 44 Günlük Vətən Müharibəsindəki qələbəmizin bir ilinin tamam olması ilə əlaqədar olaraq Neftçala rayonunda Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Zəfər Günü” silsilə tədbirləri həyata keçirilir. 
 
Tədbirlərdə Neftçala Rayon İcra Hakimiyyətinin, idarə, müəssisə, təşkilatların məsul şəxsləri, şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları və məktəblilər iştirak edir.
İlk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
Keçirilən tədbirlər zamanı məktəblilər üçün “Keçən günlər müqəddəs bir xatirədir” adlı 44 Günlük Vətən müharibəsində şəhid olan şəhidlərimizin şəkillərindən ibarət fotostendlər, şahmat turniri, “Hərbi Qənimətlər Parkına” onlayn turlar təşkil olunub. Məktəblilərə Vətən müharibəsində qazandığımız tarixi qələbədən, ordumuzun göstərdiyi şücaətlərindən, hərbi qənimət olaraq götürülən hərbi texnika və qənimətlərdən danışılıb. İdarə,müəssisə və təşkilatlar arasında mini futbol turniri, “Demokratik Gənclər” İctimai Birliyinin dəstəyi ilə “Zəfər Günü” breyn-rinq intellektual bilik yarışması keçirilir. Yarışların sonunda qaliblər medal, diplom və xatirə hədiyyələri ilə təltif olunacaqlar.
 
Tədbirlədə çıxış edən şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçıları 44 günlük Vətən müharibəsindəki qələbəmizdən, döyüş yollarından, şəhidlərimizin şücaətlərindən, mərdliklərindən danışıblar.
 
Şəhid ailələri, qazilər, müharibə iştirakçıları onlara göstərilən diqqət və qayğıdan razılığını ifadə edərək Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını və təşəkkürlərini bildiriblər.
 
Keçirilən tədbirlər bütün rayon ərazisində və məktəblərdə keçirilməsi nəzərdə tutulub.
 
1
1
1
1
1
1








Redaktorun seçimi