“Möhtəşəm qələbəmiz tarixin Zəfər Salnaməsidi” - FOTOLAR

Hit: 582
“Möhtəşəm qələbəmiz tarixin Zəfər Salnaməsidi” - FOTOLAR
Bu gün İsmayıllı rayon Təhsil Şöbəsi,  rayon Gənclər və  İdman idarəsi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı Rayon Şöbəsinin birgə təşkilatçılığı ilə  “ 8 Noyabr- Zəfər Günü” nə həsr olunmuş “Möhtəşəm qələbəmiz tarixin Zəfər Salnaməsidi” adlı hərbi-idman oyunu keçirilib.
 
Tədbirin keçirilməsinin məqsədi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan, 44 gün davam edən və Ordumuzun şanlı qələbəsi ilə başa çatan Vətən müharibəsinin mahiyyətini daha dərindən gənclərə çatdırmaq, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi, xüsusilə onlarda hərb sənətinə marağın artırılması olub.
 
İlk öncə Ümummilli Lider Heydər Əliyevin abidəsinin üzərinə gül dəstələrinin qoyulması və Şəhidlər Xiyabanının ziyarət olunması ilə başlayan tədbirdə İsmayıllı rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova , İsmayıllı rayon Təhsil Şöbəsinin müdiri Rövşən Əliyev, İsmayıllı rayon Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov , Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı Rayon Şöbəsi   rəisi polkovnik-leytenant Əfran Nəbiyev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı rayon komitəsinin sədri Hafiz Kərimov və başqaları iştirak edib. 
 
Tədbir  01 noyabr 2021-ci il tarixdə  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən açlışında iştirak etdiyi İsmayıllı şəhər Natiq Behdiyev adına 6 saylı tam orta məktəbdə davam etdirilib.
 
Hərbi-idman oyunu proqramına uyğun olaraq yarış 100 metr qaçış, darağa patron doldurulması və boşaldılması, qumbara atmaq və güllə atıcılığı  növləri üzrə keçirilmişdir.
Keçirilən yarışmada birinici yerə İsmayıllı şəhər Natiq Behdiyev adına 6 nömrəli tam orta məktəbin komandası , ikinci yerə İsmayıllı şəhər Eldar Məmməmdov adına 3 nömrəli məktəb-liseyin komandası ,üçüncü yerə isə İsmayıllı şəhər 7 nömrəli tam orta məktəbin komandası  layiq görülüb.Qalib komandalar İsmayıllı rayon Gənclər və İdman idarəsi tərəfindən diplomlarla təltif edilib.
1
1
1
1
1








Redaktorun seçimi