“ASAN Məktub” Şəmkirin dağ kəndlərində - FOTOLAR

Hit: 404
“ASAN Məktub” Şəmkirin dağ kəndlərində - FOTOLAR
“ASAN Könüllüləri” Təşkilatı və 99 saylı Şəmkir kənd seçki dairəsinin deputatı Nurlan Həsənovun birgə təşkilatçılığı ilə “ASAN Məktub” sosial proqramı çərçivəsində Şəmkir rayonunun ən ucqar kəndlərindən olan Ələsgərli və Dağ Daşbulaqda 57 aztəminatlı uşağın əlçatan arzuları gerçək oldu.
 
Proqram çərçivəsində həyata keçirilən bu təşəbbüs ilə www.asanmektub.az saytına məktub göndərən uşaqların arzuları tez bir zamanda hədiyyə olaraq çatdırıldı.
 
Vətəndaşlarla yanaşı, bir sıra sahibkarlar da bu təşəbbüsün həyata keçirilməsinə öz töhfələrini veriblər.
 
Siz də www.asanmektub.az saytına daxil olaraq uşaqların  xəyallarındakı gizli qəhrəman olmağa tələsin!
1
1
1
1








Redaktorun seçimi