Bizə nələri təlqin edirlər

Hit: 171
Bizə nələri təlqin edirlər
Hər dövrün öz bağışlanılmaz həqiqətləri olduğu şəksizdir. Şərə şüursuzca yalmanaraq yaşadığımız Zaman da dilimizi dinc yerimizdə gizlətdiyimiz  bir dövrü sanasan əhdinə sadiqlik edərək əhatə edir. Belə demək mümkünsə, başqalarının bizlərini ardımızda gəzdirən bizlər hələ də dolma, bozbaş davasını qloballaşdırmaqla öz dövrümüzün sanki gizli əllrdən “istirahət almış” insanlarıyıq.  Bəyirə - bəyirə dövrümüzə qaməti mənəviyyatıyla, şüuruyla qəleylənmiş qul,  canlını kirdə - pasda boğan, ölü bədənləri guya  yaltaqlanmağımızda işimizə gələn sabunla yumağa məhkum olmuş cəhalətimizdən səxavətlik ballandıran, ərdəmi çeynənilib ayaqlar altında küllük ola - ola torpaq kimi görünən, ömrü billah ekisponat kimi dondurub saxlayacağımız cəsarətimizin düşkünlüyünə ömür verən canlılarıq. Bu Əhmədin qəbulolunmaz, vəhşət saçan, öz anasının yas gününü başqa bir günə adladıb Valentin gününü keçirməyə hesablanmış viranə vərdişdir. Bu yaşadığımız həyata əzbərçi şüurla yanaşmaqdan, baxmaqdan, münasibətdən irəli gəlir.Bəs bunun əksi varmı, qafil?! 
 
Dövrün qulu olan bizlər, dünyanın mərkəzdən idarə olunma sisteminin çarəsiz məhkumları olaraq, hər dəm dövriyyəyə buraxılan qloballaşma, demokratiya, pürrealizm, azadlıq, hümanizm kimi kəlmələrin başkəsən, qantökən tövr-halından ayılmalıykən, gözlərimizi yumub zülmət kaha kimi açılımış əjdahaların ağzına atılırıq. Bu mütilik, bu qorxaqlıq, bu şüursuzluq hardan gəlir? Bizlər, doğrudanmı, Allahın yaratdıqları olaraq bu qədərmi aciz insanlarıq? Özü də yer üzünün ən mükəmməl bilgisiylə, kitabıyla, mesajıyla, müjdəsiylə silahlanmış biriləriysək, bu acizliyimzi başa düşə bilmirəm. 
 
Bu gün Amerika, Avropa, İsrail yetgililəri, öndərləri, söz sahibləri harda fikir bildirib, düşüncələrini izhar etsə, hər hansı bir hadisəyə münasibətlərini bəyanlasa, həmən “qloballaşma”, “demokrtiya”, “qardşlıq”, “pürrealizm”, “azadlıq” , “sülh” kimi kəlmələri ağızlarında saqqızcasına çeynəyib sonar tüpürcək şəklində üzərimizə doğru yönəltməklərindən əl çəkmirlər. Ardınca isə, dünyanın böyük bir qütbündə, qan su yerinə axır. İnsanlar yer-yurdlarından didərgin düşürlər. Qırılan qırılır, geriyə qalanlar səfil - sərgərdan şəkildə başlarını soxmağa yer gəzirlər. Bir parça çörəyin, bir qurtum suyun ümidinə qalır və bu nemətləri əldə etməkdən ötəri, yeri gələndə öz din qardaşlarının, qan qardaşlarının da, dogma valideynlərinin də  həyatına son vermək üçün aldıqları təlimatları həyata keçirməkdə gözlərini heç qırpmırlar. Budurmu demokratiya və azdlıq kəlmələrinin saqqız kimi çeynənən ağızlardakı doğurduğu dəhşətli fəlakətlərin mədəniyyət dediyiniz, inkişaf dediyiniz vəhşiliyi? Bosnanı, Kosovanı qana bələdilər. İndi ərəb dünynasını qan çanağında boğurlar. Əllərini İrana, Türkiyəyə soxmağa çalışırlar. Hər vəclə nə olur olsun, bu qardaş ölkələrin də düzənini pozub, günlərini göy əskiyə büküb, onlardan imdad dilətmək uğrunda gecə - gündüz demədən işləyir, canfəşanlıq göstərirlər. Onların taktikası budur: öncə demokratiya, azadlıq, qloballşma kəlmələrini gündəmə gətir, onu ağızdan ağıza sal, dildən - dilə dolaşdır, sonra qanı su yerinə axıt. Ardınca ora tula payı yardımlar göndər. Beynəlxalq Qırmızı Xaç və  Qırmızı  Aypara cəmiyyətinin  insanlıq, qardaşlıq, xeyirsevərlik dəstəsinin hümanizim saçan  məsihliyini o qorxunc fəlakət zonalarına ümid, işıq, qurtarıcı kimi göndər. Zülüm çəkən insanlar, qana bələnmiş körpələr, doğrudan da, onların “yardımına”  möhtac qalıb, onların unudulmaz “xeyirxahlıqlarını” canlarına yazsınlar. Ancaq yenə də, gerçəkdən, nələrin necə olub bitməyindən bilmərrə xəbərləri, məlumatları olmasın!!! Əsl dəhşət və vəhşət saçan məsələ, onların törətdikləri bu şəkildəki taktiki gedişatlar və bu iblisanə gedişatların özünü doğrulda bilməsi, şər güclərin məqsədlərinə vaxtından əvvəl çatmalarının ürəkparçalayan gerçəkliyidir. Baş kəsən necə də Məsih rolunda zühur edir! Əli qılınclı  cəllad necə də qurtarıcı obrazında səhnədə peydah olur. Kim inana bilər ki, bu demokratiya, hümanizm, azdlıq, qloballaşma kəlmələrinin sahibləri, ssenaristləri, müəllifləri  dünyada baş verən bu qədər fəlakət və dəhşətlərin, qanların, ölümlərin, itginlərin, zülümlərin, işgəncə  və sürgünlərin baiskarı, səbəbkarıdır!  
 
Kimsə sevinməsin, kimsə, yaxasını kənara çəkməsin ki,  olanlar mənə olmur. Atılan güllə mənə dəymir. Kəsilən baş, çıxarılan göz, axıdılan qan, darmadağın olan yerlər-yurdlar mənim deyil. Bir gün o fəlakət sənin də, mənim də qapımı ansızın döyə bilər. Bizim səssiz və seyirçi qalmağımız başqaları üçün deyil, ən azından özümüz üçün dəhşətli işgəncədir. Biz nəyi bacarırıqsa, onu etməliyik. Ən azından həqiqəti deməliyik. Deməliyik ki, demokratiya, qloballaşma, azadlıq, hümanizm kəlmələrini dövriyəyə buraxan, ondan sui-istifadə edən güclər, canavarlardır, yırtıcılardır, vəhşilərdir. Deməliyik ki, demokratiya ölüm deməkdir, qloballaşma fəlakət deməkdir, azadlıq köləlik deməkdir, humanism canavarlıq deməkdir, sülh qan gölü, qan dəryası deməkdir.
Bu kəlmə və sözləri şüurumuzda bizə təlqin edilən anlam və mənalarda işlək hala gətirdikcə, öz ilahi təfəkkür və düşüncə düzeyimizi, nizamımızı məhf edirik. Biz o zaman, pozulmuş bir şüurla, ruhla, ağılla və təfəkkürlə, sağlam ideyaları ortaya qoyub onların necə rellaşmasına yardımçı ola bilərik.
 
Xanəmir Telmanoğlu
 







Redaktorun seçimi