Qaradağda şəhidin anım mərasimi keçirilib

Hit: 428
Qaradağda şəhidin anım mərasimi keçirilib
Qaradağ rayonunun Qızıldaş  qəsəbəsində 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəman oğullarımızdan biri - Seymur Ramiz oğlu Sərxoşovun anım mərasimi keçirilib. Mərasimdə Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, şəhidin doğmaları, döyüş dostları, ictimai fəallar və qəsəbə sakinləri iştirak ediblər.
 
Tədbirdə millət vəkili Sabir Rüstəmxanlı və şəhidin döyüş yoldaşları çıxış ediblər. Bildirilib ki, Seymur Sərxoşov Füzulidə hərbi batalyona könüllü olaraq qoşulub, Qubadlıya kimi şərəfli döyüş yolu keçib. Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin  sərəncamları ilə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
 
Şəhid Seymur Ramiz oğlu Sərxoşovun Qızıldaş Şəhidlər Xiyabanında məzarı ziyarət olunaraq ruhuna dualar edilib.








Redaktorun seçimi