Şəhid və qazi övladları üçün xeyriyyə aksiyası keçirilib

Hit: 571
Şəhid və qazi övladları üçün xeyriyyə aksiyası keçirilib
Sentyabrın 14-də Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə növbəti dəfə xeyriyyə aksiyası keçirilib .
 
Aksiyada “Medilux” klinikasının plastik cərrahı Dilqəm Məhərrəmov təmənnasız iştirak edib. Artıq üçüncü dəfədir təşkil olunan xeyriyyə tədbirinə həmçinin tanınmış sənətkarlar  - Azərbaycan Respublikasının Xalq artistləri Flora Kərimova, Aftandil İsrafilov və Mənsum İbrahimov dəstək veriblər. Aksiyada aparıcı Könül Muxtarova iştirak edib.
 
Övladları sünnət olunmuş Şəhid və Qazi ailələrinin üzvləri onları daim diqqətdə saxlayan aksiya təşkilatçılarına göstərdikləri qayğıya görə təşəkkürlərini bildiriblər.
 
Vətən müharibəsində qələbəmizi qanı və canı bahasına qazanan Şəhid və Qazi ailələri daim diqqət mərkəzində saxlayan Baş İdarə bu aksiyanı gələcəkdə də davam etdirəcək.







Redaktorun seçimi