CAFERİDER sədri din xadimləri ilə görüşdü

Hit: 338
CAFERİDER sədri din xadimləri ilə görüşdü
Türkiyənin Cəfərilik inancının tanıtım, araşdırma və tədris dərnəyinin (CaFERİDER) sədri  Həsən Babur  Azərbaycana səfər edib. Səfər zamanı H. Babur Azərbaycanın tanınmış din xadimləri ilə, o cümlədən ilahiyyatçı Hacı Şahin Həsənli ilə görüş keçirib.
 
Görüş zamanı CAFERİDER sədri Türkiyə cəfərilər lideri Səlahəddin Özgündüzün salamlarını çatdırıb.  Qonaqı salamlayan Hacı Şahin Həsənli Şeyx Səlahəddin Özgündüzün Azərbaycana dəstəyini hər zaman hiss etdiyini bildirib.
 
Görüş zamanı din xadimləri Azərbaycan və Türkiyədə dini vəziyyəti müzakirə edib, qarşılıqlı əməkdaşlığın vacibliyindən danışıblar.







Redaktorun seçimi