Gədəbəydə Vətən müharibəsi şəhidinin xatirəsi yad edilib

DİN-in Daxil Qoşunlarının hərbi qulluqçusu Tofiq Həsənovun Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olmasından bir il keçir. Daxili İşlər Nazirliyin, Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları şəhidin məzarını ziyarət edib, ailəsi ilə görüşüblər.
Şəhidin məzarı üzərinə əklillər və tər çiçəklər düzülüb. Bildirilib ki, müqəddəs amal uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi daim qəlblərdə yaşayacaq, onların sərgilədiyi igidlik və qəhrəmanlıq səhifələri gənc nəsillər üçün daim örnək olacaq.
Şəhid hərbi qulluqçunun atası övladının Vətən torpağı uğrunda mərdliklə vuruşub şəhidlik zirvəsinə ucalmasından qürur duyduğunu bildirib. Göstərilən diqqətə və qayğıya görə ölkə və DİN rəhbərliyinə minnətdarlığını bildirib.


