Qənirə Paşayeva “Firudin bəy Köçərli” mükafatına layiq görülüb

Hit: 524
Qənirə Paşayeva “Firudin bəy Köçərli” mükafatına layiq görülüb
AzEdu Təhsil Portalı, AzEdu Academy və Təhsil Jurnalistləri Birliyi 5 oktyabr  Beynəlxalq Müəllimlər  Günü münasibətilə  “Firudin bəy Köçərli” mükafatını təsis edib. Mükafat hər ilin 5 oktyabr tarixində  bir neçə nominasiya üzrə layiqli sahiblərinə təqdim edilib.
 
Faktor.az bildirir ki, mükafat ekspert qrupunun gərgin müzakirələrinin nəticəsi olaraq 10 nominasiya təqdim edilib.
 
Belə ki, ”Müəllimlik ən ali məramdır” tezisinin cəmiyyətdə yüksək səviyyədə təmsilçisi kimi millət vəkili Qənirə Paşayeva “Firudin bəy Köçərli” mükafatına layiq görülüb.
 
Qeyd edək ki, AzEdu Təhsil Portalı, AzEdu Academy və Azərbaycan Təhsil Jurnalistləri Birliyinin təsis etdiyi mükafatın əsas məqsədi təhsilin inkişafında xidmətləri olan şəxsləri  diqqət mərkəzində saxlamaq, onların fəaliyyət və uğurlarını geniş ictimaiyyətə çatdırmaqdır.
 
 







Redaktorun seçimi