Bakı Şəhər İcra Hakimiyyətində dəyirmi masa keçirilib
Bakı Şəhər İcra Hakimiyyətində görkəmli tarixçi alımlərinin, siyasətçilərin, iqtisadçıların, “Yaşat” Fondunin rəhbərliyi, Vətən Müharıbəsi iştirakçıları və qazilərinın iştirakı ilə İkinci Qarabağ müharibəsinidə qazanılan Şanlı Qələbə və onun tarixinə həsr edilən “Vətən Müharibəsi-2020 – tarixdə şəxsiyyət faktorunun rolu” kitabın çapına hazırlıq işləri ilə bağlı dəyirmi masa keçirilib.
Faktor.az xəbər verir ki, dəyirmi masanı açıq elan edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov öz çıxışında bildirib ki, “Qazanılan Qələbə ölkə başçısı İlham Əliyevin dahi intellekti və müdrik siyasət sayəsində əldə olunub. Vətən müharibəsinin gedişini təhlil edərkən, araşdırarkən biz şəxsiyyətin tarixdə rolunun nə dərəcədə əhəmiyyətli olduğunu bir daha görürük. Mövzunu araşdırıb öyrəndikcə bunu daha dərindən dərk edirik.
"Biz, bu dövrün müasirləri müharibə həqiqətlərini təhlil etməliyik və gələcək nəsillərə düzgün çatdırmalıyıq. Bu baxımdan “Vətən Müharibəsi-2020 – Tarixdə şəxsiyyət faktorunun rolu” kitabının hazırlanması ideyası meydana gəlib”.
Kitaba daxil ediləcək mövzuların təhlili və geniş fikir mübadiləsi aparılan dəyirmi masada AMEA Tarix İnstitutunun direktoru Kərim Şükürov, Milli Məclisin deputatı, professor Anar İsgəndərov, AMEA Qafqazşünaslıq İnstitunun direktoru Musa Qasımlı, Dövlət İdarəçilik Akademiyasının dekanı Elçin Əhmədov, Bakı Dövlət Universiteti Tarix fakultəsinin dekanı İbrahim Zeynalov, Vətən müharibəsi qazisi Famil Məlikov və başqaları çıxış edərək çap ediləcək kitabın əhəmiyyətini qeyd edib, Vətən savaşında qazanılan şanlı Qələbənin geniş təbliğinin vacibliyini vurğulayıblar.
Kitabın bu ilin sonunda işıq üzü görəcəyi nəzərdə tutulub.