BŞTİ müdiri "Media və təhsil dialoqu" adlı təlimdə çıxış edib

Hit: 334
BŞTİ müdiri "Media və təhsil dialoqu" adlı təlimdə çıxış edib
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva "Media və təhsil dialoqu" adlı təlimdə çıxış edib.
 
Təhsil Nazirliyi və Medianın İnkişafı Agentliyinin kütləvi informasiya vasitələrinin nümayəndələri (KİV) üçün təşkil etdiyi təlimdə çıxış edən Mehriban Vəliyeva "Paytaxt məktəblərində yeni tədris ilinə hazırlıq"  mövzusunda təqdimatla çıxış edib.
 
M.Vəliyeva mövcud şəraitdə təhsil müəssisələrində tədrisin təşkili, məktəb idarəetməsi, pandemiya şəraitində tədris prosesinin effektiv təşkili, ümumi təhsil müəssisələrində keyfiyyətin artırılması, istedadlı şagirdlərlə iş, təhsildə innovativ layihələrin idarəolunması, tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkili, təhsil işçilərinin vaksinasiyası, məktəblərdə dezinfeksiya işləri, infrastruktur, elektron xidmətlər və digər mövzular ətrafında məlumat verib.
 
Daha sonra İdarə müdiri KİV nümayəndələri tərəfindən ünvanlanan suallara cavab verib, müvafiq mövzular ətrafında müzakirələr aparılıb.








Redaktorun seçimi